Sabancı Universitetinin Magistrı Könül Məmmədova ilə müsahibə

Sabancı Universitetinin Magistrı Könül Məmmədova ilə müsahibə

 

Salam, necəsən? Əvvəlcə səni tanıyaq, Könül Məmmədova kimdir və harada təhsilini davam etdirir, nə oxuyur, neçənci kursdur?

Salam, diqqətinizə görə çox təşəkkür edirəm. Öncəliklə Oley.az-a minnətdarlığımı bildirirəm, gənclərin inkişafında böyük töhfə verir. Könül Məmmədova hal-hazırda təhsilini davam etdirmək və gələcəkdə uğurlu kariyera qurmaq üçün xaricdə təhsil alan magistratura tələbəsidir. Bundan əvvəl Gəncə şəhərində orta məktəbi uğurla bitirmişəm ardınca Gəncə Dövlət Universitetinin Regionşünaslıq ixtisasında bakalavr dərəcəsi əldə etmişəm. Elə bakalavrı bitirdiyim il Sabancı Universitetində yenidən Regionşünaslıq ixtisasının magistr pilləsində təqaüdlə oxumaq imkanı əldə etdim və İstanbula köçdüm.

Nə üçün məhz Sabancı universiteti? Bizə öz universitetindən, orada oxumağın mənfi və ya müsbət xüsusiyyətlərindən bir az ətraflı danış ki, orada oxumağı hədəfləyənlər üçün daha asan olsun.

Sabancı Universiteti Türkiyədə çox tanınan və çox dəyər verilən universitetlərdən biridir. Səbəb bu universitetin müasir standartlara cavab verməsi, təhsilin səviyyəsinin yüksək olması, işçilərinin profesionnallığı, müəllim kadrlarının yüksək biləyə sahib olması, xarici universitetlərə bir başa cıxışının olması, özünün çoxlu sayda proyektləri ilə ölkə daxilində və xaricdə populyarlıq qazanması və bu qəbildən bir çox sayda müsbət keyfiyyətləri ilə tələbələrinə gələcəyin uğurlu iş adamları olması imkanını qazandırır. Universitetin çox sayda fərqli ölkələrdən gələn tələbələri buradakı tələbəlik həyatını daha da rəngarəng edir. Eyni zamanda Sabancıda oxuyan tələbələr həm ingilis həm də türk dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Xüsusilə onu da qeyd etmək istərdim ki, kampusun çox böyük və gözəl olması həm yerli həm də əcnəbi tələbələri özünə heyran edir.

 Səncə xaricdə təhsilin sənin həyatına nə kimi təsirləri olacaq? Nəyə görə xaricdə təhsil alınmalıdır?

              Mənim fikrimcə bunun müsbət tərəflərini saymaqla qurtarmaq olmaz. Ayrıca onu da qeyd etmək yerinə düşərdi ki, təhsildə əldə etdiyimiz uğurlar bizim şəxsi həyatımızda da çox təsirlidir. Belə ki, hər bir tələbə şəxsi keyfiyyətlərinin ən əhəmiyyətli mərhələsini məktəb və universitet illərində qazanır. Xüsusən bu keyfiyyətlərin zaman keçdikcə bizim kariyeramızda da önəmli dərəcədə rol oynadığı faktı qaçılmazdır.

 Sən ödənişli oxuyursan ya ödənişsiz? Bu gün orta gəlirli bir ailə üçün Sabancı universitetinin ödənişi  heç də az məbləğ deyil. Azərbaycanlı tələbələrə universitet tərəfindən nə kimi gözəştlər olunur, necə təqaüd almaq olar? Bir az da bu haqda məlumat ver.

Mən ödənişnişsiz oxuduğuma baxmayaraq təhsilimizin davam etdirilməsi üçün lazım olan hər bir addımın atılmasını zəruri görürəm. Təbii ki, universitetə müraciət edən tələbə vakant yerlərdə təqaüdlərin olub olmaması və nə qədər güzəştlər əldə edə biləcəyi barədə həmin ixtisasın koordinatorları ilə əlaqə saxlayaraq öyrənə bilər və ya universitetin web saytından da baxa bilər. Universitet Erasmus və başqa layihələr çərçivəsində də tələbələrinə təqaüdlə oxuma imkanı yaradır.

 Xaricdə təhsilə ailənin münasibəti necə oldu?

Çox gözəl, ailəm mənimlə fəxr edir.

Təhsil illərində nə kimi çətinliklərin olub və onları necə həll etmisən?

Tələbəlik illəri gözəl olsa da bəzən çoxlu sayda ev tapşırıqlarının və digər problemlərin öhdəsindən gəlməli olursan. Bu sahədə ailəm və müəllimlərim mənə çox yardımcı olublar. Əlbəttə ki, onların məsləhəti və özümün oxumağa olan həvəsim bütün çətinlikləri həll etməyimdə an vacib şərtlərdən olub.

Türkiyə qardaş ölkə sayılır, mühitə uyğunlaşmaq cəhətdən də məncə sənə asan olar. Yaşadığın ilk aylarda adaptasiya prosesin necə oldu?

İnanılmaz qədər asan olduğunu düşünürəm. Çox yaxın dilə və mədəniyyətə sahibik. Yaşadığım ilk anlar mənim üçün hələ də unudulmazdır. Müəllimlərimə çox minnətdarlığımı bildirirəm. Mənə istənilən sahədə həmişə köməklərini əsirgəməmişlər.

Könülün bir aya nə qədər pulu çıxır, sirr deyilsə bilmək olar?

İndi söyləmək istədiklərimi səmimi təbəssümlərimlə qeyd edirəm. Ailəm mənə bu məsələdə həmişə dəstəkdilər. Sadəcə kampus həyatı və kiçik qayğıları olan tələbə üçün aylıq iki yüz manat kifayət edə bilər.

Dərsdən əlavə boş vaxtlarını necə dəyərləndirirsən? Sevdiyin xüsusi bir məşğuliyyət var?

Asudə vaxtlarımı çox səbirsizliklə gözləyirəm. İdmanı çox sevirəm və bunun üçün kampusda  hər bir imkan var. Əlavə olaraq toplantılara, seminarlara, konfraslara getməkdən də zövq alıram.

Bu vaxt ərzində yəqin ki başına gələn maraqlı hadisələr olub, onlardan birini bizlərlə bölüşə bilərsən?

İstanbulda ilk dəfə bir Koreyalı tələbə dostumla gəzintiyə çıxmağım. Böyük bir şəhər olduğuyla yanaşı həm də çox gözəldir. Şəhər insanı sanki ovsunlayır. Mərmərə dənizini çox sevirəm, xüsusilə yaşlı insanlar çox qayğıkeşdirlər.

Konfranslara, sərgilərə gedirsən? Və yaxud azərbaycanlı tələbələrlə təşkil etdiyiniz tədbirlər, günlər olub?

Əlbəttə ki, çox sayda olur. Bunlardan biri “9th SakıpSabancı Lecture with participation of Senior Vice President and Chief Economist of the World Bank KaushikBasu’s speech on Emerging Nations and the Evolving Global Economy” olmuşdur. Azərbaycanlı tələbələrlə də kampusda tez-tez ünsiyyətlərimiz olur. Boş vaxtlarımızda biryerdə yemək yeyir və ya söhbətləşirik.

Təhsilini bitirdikdən sonra nə kimi planların var? Gələcəyini daha çox harada və necə görürsən?

Doktorantura dərəcəsi almaq mənimistəklərim sırasında birincidir. Daha sonra işhəyatının olacağına ümid edirəm. Gələcəyin harada olub olmamasından asılı olmayaraq mənim üçün önəmli olan xəyallarımda qurduğum  qədər parlaq, şən, mənalı və ən əsası ətrafımdakılar üçün faydalı olan həyatı yaşamaqdır. Ümidvaram gələcək mənim üçün yuxarıda qeyd etdiklərim kimi olacaq.

Son olaraq Oley.az-a sözünüz.

Sizə uğurlar arzu edirəm və həqiqətən gəncliyimiz üçün xeyirli işlər gördüyünüzdən əminəm. Oley.az-ın həmişə davamlı olması diləyi ilə hələlik.

Biz də kollektivimiz adından sənə bu gözəl müsahibəyə görə təşəkkür edir, gələcək həyatınızda bol bol nailiyyətlər arzulayırıq. Yeni uğurlarınız barədə müsahibə almaq diləyi ilə hələlik.

20131205_140025 20131205_140114 20131205_142127 20131205_142719

DSCN1356DSCN1352DSCN1425

 

Günel Hacı


Baxılma sayı (6489)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>