Baş Mühasib

Baş Mühasib

“AZM TRADİNG” MMC Baş Mühasib vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Vəzifəyə tələblər:

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin etmək;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla), İngilis dili(arzuolunandır)
– Ali iqtisadi təhsil;
– Baş mühasib kimi ən az 3 il iş təcrübəsi;
– Beynəlxalq mühasibatlıq bilgiləri;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
–  Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ;
– 1C mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməlidir;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
– Fərdi və kollektivdə işləmə qabiliyyəti
– Gərgin mühit və  qrafikdə səmərəli işləmə bacarığı

Müraciət etmə qaydaları:

• CV hr@azmtrading.az   ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Baş Mühasib” qeyd olunmalıdır;
• CV-lər 30 İyul, 2015-ci il tarixinə qədər göndərilməlidir.

Yalnız qadın namizədlərin CV-lərinə baxılacaq.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları sizlər üçün:

1. “Young Business Factory” – “Professional English Course”

2. “Young Business Factory” – “Professional Rus dili”

3. “Young Business Factory – “Professional Alman dili”

Baxılma sayı (552)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*