Bir ölkə haqqında oxumaq başqadır, orada yaşamaq tam başqa..(müsahibə – Almaniya)

Bir ölkə haqqında oxumaq başqadır, orada yaşamaq tam başqa..(müsahibə – Almaniya)

 Salam Güntəkin necəsən? Əvvəlcə səni tanıyaq: Güntəkin Mirzəyeva kimdir və harada təhsil alıb?

Salam, çox sağol, yaxşıyam. Mən,  İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasını bitirmişəm. Daha sonra Almaniyada Avropa hüququ üzrə magistratura oxumuşam, hal-hazırda diplom işimi bitirmək üzrəyəm.

 

Necə oldu ki xaricdə təhsil almaq qərarına gəldin? Və bu qərara ailənin münasibəti?

Xaricdə təhsil haqqında 3-cü kursdan fikirləşməyə başlamışdım. Əslində necə olduğunu xatırlamıram. Ola bilər ətrafımda xaricdə oxuyanları, onların təəssüratlarını görüb bu qərara gəlmişəm. Ailəmin də etirazı olmadı.

 

Oxuduğun universitet, necə qəbul almaq olar, lazım olan əsas sənədlər haqqında bizə bir az ətraflı məlumat ver ki, orada təhsili hədəfləyənlər üçün qərar vermək daha asan olsun.

Almaniyada Avropa-İnstitutunda oxumuşam. Avropa-İnstitutu Saarland Universitetinin tərkibindədir və Avropa hüququ üzrə ixtisaslaşmış institutlardan biridir. Bütün universitetlərdəki kimi, Saarlanda da diplom, qiymət cədvəli, tövsiyyə məktubu, ingilis dili və ya alman dili sertifikatı lazımdır. Universitetin online ərizə forması var bu sənədlərlə birlikdə online şəkildə müraciət edilir. Universitetdə təhsil haqqı yoxdur, ancaq hər semestr 152 avro ödəniş edilir. Bunun əvəzində tələbə bileti verilir ki, onunla şəhər və Saarland torpağında nəqliyyatdan pulsuz istifadə etmək olur, bundan başqa şəhər teatrında da biletlər pulsuz verilir, Universitetdə pulsuz və ya çox ucuz qiymətə idman və başqa kurslar keçmək imkanı yaradılır. Avropa-İnstitutunun özündə isə təhsil haqqı mən oxuyan zaman 1200 avro idi. Mən təqaüdlə təhsil alırdım. Bu proqram həm təhsil haqqını qarşılayıb, həm də aylıq təqaüd verib. Almaniyada oxumaq istəyənlərə bu təqaüdlərdən yararlanmağı məsləhət görərdim.

 

Almaniyada təhsilini davam etdirmək istəyənlər üçün təhsil sistemini, müsbət və mənfi cəhətləri bizlərə necə səciyyələndirərsən?

Ali təhsil sistemində müstəqillik və sərbəstlik çox xoşuma gəldi. Bu həm tələbələrin, həm universitetlərin, həm də müəllimlərin müstəqilliyidir. Mən Bakıda ozuyanda bizdə hələ baloniya sistemi tam tətbiq olunmurdu. Ona görə də, orda fərqi çox kəskin hiss etdim. Tələbələr məcburiyyət olmadan öz maraqlarına uyğun şəkildə öz təhsil proqramlarını qurur. Əsas məsuliyyət də tələbənin öz üzərinə düşür. Bu haqda danışmaq üçün çox material var.

Alman təhsil sistemində (təkcə ali təhsili nəzərdə tutmuram) xoşuma gəlməyən bir cəhət var. Almaniyada orada oxuyan uşaqların səviyyəsinə görə məktəblər bir neçə qrupa bölünür və ancaq gimnaziyanı bitirənlər birbaşa universitətə sənəd verə bilərlər.

1455110_633955079979336_657356684_n

Xaricdə təhsil almağın Güntəkin Mirzəyevanın həyatına nə kimi təsirləri oldu?

Əlbəttə ki, birinci xaricə getməyimin əsas səbəbi olan təhsil, bilik, yeni təcrübə.

Xaricdə oxumaq təkcə təhsil deyil. Almaniyada bir ildən çox yaşamaqla mən həm də çox şey öyrəndim. Bir ölkə haqqında oxumaq başqadır, o oxuduqlarını özün yaşamaq bir başqadır.

Məsələn, yaşıl işığı gözləməyi öyrəndim…

 

 Qızların təhsilinin vacibliyini hər zaman vurğulasaq da, söhbət xaricdə təhsildən düşəndə bir çox valideynlər bundan imtina edir. Xaricdə təhsil almış bir azərbaycanlı qızı olaraq həmin ailələrə nə kimi təskinlik verə bilərsən?

Mən ailələri başa düşürəm. Ancaq övladlarını nə qədər qorusalar da, çətinliklər burada da olacaq, xaricdə də olacaq. Əksinə, onları bu çətinliklərə hazırlamaq lazımdır. Elə olsa qızlarını xaricə göndərəndə bu qədər narahat olmazlar. Həm indi internet, skype və başqa vasitələr də var.

 

Təxmini 2 il ailəndən uzaqda tək yaşamısan. Nə kimi çətinliklər oldu bu vaxt ərzində və o cətinlikləri necə həll etdin?

Çətinliklər olmadı deyə bilmərəm. Birinci, universitetdə ilk aylarda yeni sistemə yeni ixtisasa alışmağa çalışdım. Çünki, mən beynəlxalq münasibətlər bitirmişəm, orda isə hüquq oxudum.

Ciddi problemlərim olmayıb, həm tək də sayılmazdım, ailəm vardı, dostlarım vardı. Həll edə bilmədiyim nə olsa həmişə kömək edirdilər.

 

 Karyera qurmaq həvəsin, təhsilinin şəxsi yaşamına nəsə təsiri olub? Yəni karyera yoxsa şəxsi həyat seçimi mütləqdir səncə?

Karyera və şəxsi həyat arasında ayırım etmirəm. Müxtəlif vaxtlarda biri o birindən üstün ola bilər amma biri o birini əvəz etməməlidir.

 

Oxuduğun ölkənin hansı özünəməxsus adət-ənənələri ilə tanış oldun? Yaşadığın vaxt ərzində nəsə maraqlı situasiyalar başına gəlib?

Almaniyada ən çox xoşuma gələn Milad ərəfəsi əhval ruhiyyəsi oldu. Noyabrın sonundan başlayaraq, bütün şəhərlərdə Weinachtsmartk- yəni Milad bazarları qurulur, hər yer bəzədilir, nağıl kimi olur. Adamlardakı can-fəşanlıq da öz yerində.

Adər ənənə ilə bağlı olmasa da, bir şeyi də deyim. 2011-ci ilin Ramazan ayında Marburqda idim. Ramazanla əlaqədar şəhərin mərkəzində 3 gün iftar çadırları qurulmuşdu, birlikdə axşam namazı qılındı. Həm çox təəccüblənmişdim, həm də çox xoşuma gəldi bu münasibət. Orda təkcə müsəlmanlar yox, almanlar da var idi.

1454942_634005223307655_1867446546_n

Gördüyünüz bu rəsmdə artıq evdən çıxdığım üçün ev sahibi evi yenidən boyamağımı tələb edib. Mən də qollarımı çırmalayıb başladım işə..

1488198_633959573312220_1811432026_n

 

Aşağıda gördükləriniz isə artıq tərk edilmiş Saar çayı sahilləridir. Burada gəzmək həqiqətən də insana başqa bir xoş abu-hava verir.

 

1000362_633958903312287_2076867212_n 1461807_633958973312280_246884066_n

 

 

Maraqlı hadisələr çox olub, indi vaxtı keçmiş biletlə Frankfurta getməyimiz yadıma düşdü. Almaniyada ilk həftəmiz idi, ona görə bilmədən səhv biletlə qatara minmişdik. Maraqlısı odur ki, gedəndə biletimiz yoxlanıldı heç bir problem çıxmadı. Qayıdanda isə bizi yarı yolda qatardan düşürdülər. Yəni, “Schwarzfahrer”( təxmini biletsiz gedən şəxslərə belə deyirlər) də olmuşam.

 

 Qızların ən sevimli məşğuliyyəti – alış veriş, bilmək olar ay ərzində ortalama nə qədər pul xərcləyirdin?

Xərclərim çox olmurdu, nə qədər xərclədiyinə diqqət etmək lazımdır. Ortalama alış-veriş xərcləri 150 avro ətrafında olardı. Çox pul xərcləməmək üçün, bütün qızlar kimi mən də endirimləri gözləyirdim.

Azərbaycanlı bir tələbə Almaniyada vətənini necə təqdim edir?

Almaniyada Azərbaycanlı tələbələrlə birlikdə bir neçə tədbirlər keçirmişik. Həm tariximiz, Qarabağ, adət-ənənələrimizlə və Azərbaycanla bağlı ümumi məlumatlar verdik, həm də xarici tələbələri milli yeməklərimiz və musiqimizlə tanış etdik. Çıxışlar, təqdimatlar hazırlandı. Səhərdən gecəyə kimi dolma bükdük, paxlava bişirdik, səhəri gün aş dəmlədik, çox yorulduq amma buna dəyərdi. Son tədbirdə Cənubi Azərbaycandan olan tələbələr də bizimlə birlikdə çalışdılar. Həm yeməklər, həm canlı musiqi və Azərbaycan rəqsi gözəl qarşılandı.

1385018_633959336645577_1614000459_n

1462952_633987263309451_1361313233_n

1455933_634003246641186_99149108_n

 Indi universiteti bitirmisən. Gələcək planların haqqında nə deyə bilərsən?

Planlarımdan danışmıram heç vaxt, ancaq sənin xətrinə qısaca deyərəm. Universitetdən sonra da özünü inkişaf etdirmək lazımdır. Hazırda əsas işim təcrübə və biliyimi artırmaqdır.

 

Son olaraq bizə və xaricdə təhsil almaq istəyənlərə sözün nədir?

Əgər nə istədiklərindən əmindirlərsə çox çalışsınlar. Yox cavabı alanda, təqaüd tapmayanda həvəsdən düşməsinlər. Əsas isə, xarici təhsil olmasa da istədyinin biliyi, təcrübəni qazanmaqdır, Xaricdə təhsil də vasitələrdən biridir.

1463615_633959253312252_1555641906_n1474535_633962329978611_1682296970_n1466039_633958059979038_1684024521_n1454550_633960336645477_1458765889_n

1425720_633958129979031_34643284_n

hazırladı: Günel Hacı


Baxılma sayı (6163)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>