Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Daxili Auditor | Oley.az
Daxili Auditor

Daxili Auditor

İşçinin vəzifələri:

• Audit planı əsasında Bankın funksional struktur bölmələrinin auditini aparmaq;
• Bankın prosedur, qayda və digər normativ sənədlərini qiymətləndirmək;
• Audit yoxlamaları nəticəsində bankda prosedur, qayda və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
• İş planına əsasən bankın fəaliyyətində xüsusi əməliyyatların / sahələrin təftişini və auditini aparmaq;
• Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının auditini aparmaq;
• Bankın bütün strukturları üzrə onların Əsasnamə funksiyalarına uyğunluğunun, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
• Normativ-hüquqi aktların və bank daxili qaydaların icrasının vəziyyətinin auditini aparmaq;
• Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin təftişini və auditini aparmaq;
• Bankın maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının auditini aparır;
• Elektron informasiya sistemləri və bank xidmətləri daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini aparmaq;
• Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsini aparmaq;
• Risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsini aparmaq;
• Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsini aparmaq;
• Uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyinə riayət və nəzarət sisteminin auditini aparmaq;
• Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının auditinin aparmaq;
• Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və Bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə rəhbərliyi daima məlumatlandırmaq;
• Bankda nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
• Daxili Audit bölməsinin illik fəaliyyət planını hazırlamaq;
• Daxili Audit bölməsinin illik büdcəsini hazırlamaq;
• Əmək və icra intizamına əməl etmək.

İş təcrübəsi: Minimum 2 il bankda daxili audit və ya risklərin idarə edilməsi sahəsində iş təcrübəsi.

Təhsil səviyyəsi: İqtisadiyyat, idarəetmə və ya maliyyə üzrə ali təhsil;

Dil bilikləri: Azərbaycan – sərbəst, rus – sərbəst, ingilis – orta (sərbəst bilən namizədlərə üstünlük veriləcək), türk – orta.

Texniki bilik və bacarıqlar:  MS Office proqramlarını sərbəst bilmək  və tətbiq etmək.

Sahə üzrə bilik və bacarıqlar:

• Daxili audit;
• Risklərin idarəedilməsin;
• İqtisadi sahədə qanunvericilik;
• Korporativ idarəetmən;
• Azərbaycan Respublikasının və Mərkəzi Bankın qüvvədə olan qanunvericilikləri, normativ xarakterli aktların və göstərişləri;

Şəxsi keyfiyyətlər:

• Analitik düşüncə;
• Təşəbbüskarlıq;
• Qərar vermə qabiliyyəti;
• Dürüstlük;
• Obyektivlik;
• Etibarlılıq;
• Məxfililiyin qorunması bacarığı;
• Daimi inkişafa meyillilik;
• Stresə dözümlülük;
• Komandada işləmək bacarığı;
• Mübahisələrin həll edilməsi.

İş üçün müraciət anketinizi info@cdbbank.az ünvanına göndərə bilərsiniz. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır.

Müraciət anketində namizəd barədə ətraflı və dəqiq məlumatlar qeyd edilməli, anketdə namizədin fotoşəkili olmalıdır.

Baxılma sayı (775)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*