“Sağlam 5 gün”

“Sağlam 5 gün”

Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İB və “Gəncə-2016 AGP” İB-nin tərəfdaşlığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçiriləcək.
“Odlar Yurdu” GİB olaraq fəaliyyət göstərdiyimiz 3 ilə yaxın müddətdə gənclərin müxtəlif sahələrdə maariflənməsinə xidmət edərək Dövlət Gənclər Siyasətinə töhfə verməkdəyik. Növbəti dəfə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maariflənməsini təşkil etmək məqsədi ilə “Sağlam 5 gün” adlı layihə Gəncə şəhərində tərəfdaşlarımızla birgə həyata keçiriləcək. Layihə çərçivəsində 25.05.2015 tarixində Gəncə Dövlət Universiteti və Gəncə Tibb Kollecində, 26.05.2015 tarixində Azərbaycan Texnologiya Universitetində, 27.05.2015 tarixində 4 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə maarifləndirici görüşlər keçiriləcək. Görüşlərdə gündəlik həyatımızda sağlamlığımızla bağlı, cəmiyyəti narahat edən sağlamlıq problemləri ilə bağlı maraqlı məlumatlandırma və müzakirələr keçiriləcək. Həmçinin möhtərəm Prezident İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minmiş fərmanın əhəmiyyəti də müzakirə olunaraq, gənclərin diqqətinə çatdırılacaq.


Eyni zamanda 5 gün ərzində Gəncə şəhərinin mərkəzində maarifləndirici aksiyalar təşkil olunacaqdır. 29.05.2015 tarixində isə “1 iyun-Ümumdünya Uşaqlar Günü” ehtiyyacı olan körpələrə dəstək olmaq üçün “Qanvermə aksiyası” keçiriləcək.


Tədbirlərdə ekspert qismində AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Qan Donorları Assosiasiyasının, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak edəcəklər. Ümumilikdə Gəncə şəhər İcra Hakimiyyəti nümayəndələri, QHT və KİV nümayəndələri tədbirə qatılaraq dəstəklərini əsirgəməyəcəklər.


Tədbirlərdə iştirak etmək istəyən, maarifləndirici aksiyaralara və qanvermə aksiyasına qoşulmaq istəyən gənclər (070) 687 – 00-85 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Baxılma sayı (368)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*