“Qadınlara qarşı zorakılığın sosial və psixoloji səbəblər”i seminarı

“Qadınlara qarşı zorakılığın sosial və psixoloji səbəblər”i seminarı

May ayının 23-ü saat 15:00 –da Bakı Türk Evində “Menecerlərin İnkşaf Layihəsi (MİL)” Sosial Elmlər işçi qrupunun təşkil etdiyi “Qadınlara qarşı zorakılığın sosial və psixoloji səbəbləri” mövzusunda seminar keçiriləcək.

Keçirilən seminarda ekspert qismində ABŞ-da “Ailədaxili zorakılıq” sahəsi üzrə təhsil almış Xalisə Şahverdi və müxtəlif ölkələrdə psixoterapevtik kurslar və təlimlər keçmiş Şəbnəm Sadıqova çıxış edəcək. Ekspertlər məsələyə dair sosioloji və psixoloji mülahizələrini irəli sürəcəklər. Çıxışlardan sonra iştirakçılar onları maraqlandıran və ya narahat edən məsələrə dair suallarını ekspertlərə yönəltmək imkanı tapacaq və müzakirə interaktiv formatda davam edəcək.

Məlumdur ki, qadına qarşı zorakılıq problemi cəmiyyətdə tez tez-tez gündəmə gələn mövzulardan biridir. Xüsusilə də, qısa müddət öncə baş verən anoloji qətl hadisəsi bu mövzuda geniş müzakirələrə səbəb olmuşdu. Məqsədimiz bu müzakirələri virtual məkandan çıxarmaq, peşəkarların da iştirakı ilə interaktiv müzakirələri təşkil etməkdir.

Seminarda iştirak ödənişsizdir.

Ətraflı məlumat almaq və yeniliklərdən xəbər tutmaq üçün sadəcə FB-da yaradılmış eventə “going” etməyiniz kifayətdir.
https://www.facebook.com/events/1447870048845155/

Əlaqə: 055 394 95 56 – Murad Rüstəm

Ünvan: Salatın Əsgərova 175. (28 may metrosunun 2-ci çıxışının yaxınlığında)


Baxılma sayı (670)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>