Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Satınalmalar üzrə mütəxəssis (Şəmkir) | Oley.az
Satınalmalar üzrə mütəxəssis (Şəmkir)

Satınalmalar üzrə mütəxəssis (Şəmkir)

Şirkət: Zəyəm Texnologiyalar Parkı ASC

Vəzifənin adı: Satınalmalar üzrə mütəxəssis

Yerləşmə yeri: Şəmkir şəhəri

“Synergy Group” ASC haqqında:

2010-cu ildə təsis edilən “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. “Synergy Group” ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. “Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1500-dən çox müxtəlif profilli mütəxəssis çalışır. “Synergy Group”-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. “Synergy Group”-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.
“Synergy Group” ASC-nin törəmə şirkəti olan Zəyəm Texnologiyalar Parkı ASC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Vəzifə öhdəlikləri:

• Şirkətin satınalma siyasəti çərçivəsində satınalma prosessinin  idarə edilməsi;
• Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə  şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
• Satınalmanın təşkili: Avadanlıqların, ehtiyat hissələrin, alətlərin və digər istismar materiallarının şirkətin və qrupun qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınması/tədarükü
• Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi: Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması
• Tenderlərin təşkili: Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması
• Logistika: Logistika Əməliyyatlarının əlaqələndirilməsi və təşkili, Daxil olan Avadanlıq və Materialların qeydiyyatı, Yükdaşıma şirkətləri ilə əlaqələrin saxlanması
• Birbaşa rəhbərin verdiyi bütün digər tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

• Ali təhsil, satınalmalar və maddi texniki təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
• MS Office  proqramları üzrə əla səviyyəli biliklər;
• Gərgin iş şəraitində  işləmək bacarığı, qətiyyət və çalışqanlıq, komandada işləmə bacarığı;

• Yüksək səviyyədə şifahi və yazılı dil bilikləri – Azərbaycan və ingilis (vacib) və rus dili (üstünlük verilir);
• Son icra tarixlərinə əməl etmə  bacarığı;
• Məhsuldar iş mühitində işləmək bacarığı;

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməklə hr@synergygroup.az ünvanına göndərsinlər.

Baxılma sayı (633)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*