“Tüstü” rəsm müsabiqəsinə start verildi!

“Tüstü” rəsm müsabiqəsinə start verildi!

Gənc rəssamları siqaretlə mübarizə, o cümlədən, zərərli vərdişlərin fəsadlarını aşılamaq üçün maarifləndirmə işində iştirak etməyə çağıran “Tüstü” rəsm müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə keçirilir.

Layihənin keçirilməsində əsas məqsəd gənc rəssamların siqaret və bu kimi zərərli vərdişlərə qarşı təbliğat işlərində aktiv iştirakı və öz töhfələrini bildirməyə imkan yaratmaq, bu metodla mövcud problemi və onun fəsadlarını qabarıq şəkildə göstərmək, həlli istiqamətində maarifləndirmə işinin təşkilindən ibarətdir. Layihənin sonunda müsabiqəyə təqdim olunan işlərin sərgisi təşkil olunacaq.

Rəsm əsərləri Sosial şəbəkələr və KİV vasitəsilə də həmçinin nümayiş olunacaq. Rəssamlıq bacarığına sahib gənclər üçün nəzərdə tutulan müsabiqədə iştirak etmək istəyənlər http://goo.gl/7xw8Y3 ünvanında qeydiyyatdan keçəndən sonra, 10 may 2015-ci il tarixinə qədər rəsm işlərini ATGTİ-nin 28 may küçəsi 9/13 ünvanında yerləşən ofisinə gətirib təqdim edə bilərlər.

Əlavə məlumat almaq və ya suallarınızı bildirmək üçün layihənin koordinatoru Çingiz Səfərovla əlaqə saxlaya bilərsiniz. Tel.: 070 6633223


Baxılma sayı (538)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>