GƏNC TƏRCÜMƏÇİLƏRİN 2-ci ÜMUMRESPUBLİKA TƏRCÜMƏ MÜSABİQƏSİ

GƏNC TƏRCÜMƏÇİLƏRİN 2-ci ÜMUMRESPUBLİKA TƏRCÜMƏ MÜSABİQƏSİ

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası Gənc Tərcüməçilərin 2-ci Ümumrespublika Tərcümə Müsabiqəsini elan etməkdən məmnunluq duyur!

Müsabiqənin 1-ci turu 11 apreldə, 2-ci turu isə 12 apreldə keçiriləcəkdir. 3-cü tur bir həftə fasilədən sonra baş tutacaq.
Müsabiqə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilir.

Müsabiqə qaydaları

1. Təqdimat
Gənc Tərcüməçilərin 2-ci Ümumrespublika Müsabiqəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən keçirilir.
2. Müsabiqənin məqsədi
Müsabiqənin məqsədi tərcümə sahəsində fəaliyyət göstərən gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarını nümayiş etdirməyə şərait yaratmaqla onların özünə inamını artırmaq və gənclər arasında tərcümə sənətini təşviq etməkdir.
3. Müsabiqədə iştirak
Müsabiqədə 18-29 yaşlarında olan və tərcümə sahəsində fəaliyyət göstərən istənilən gənc iştirak edə bilər.
4. MƏRHƏLƏLƏR
4.1. 1-ci Mərhələ:
4.1.1. 1-ci mərhələdə 100 iştirakçı yazılı tərcümə sahəsində mübarizə aparır. İştirakçılara 3 müxtəlif sahə üzrə hərəsi 300 söz olmaqla 3 mətn təqdim edilir.
4.1.2. Hər mətn üçün 45 dəqiqə vaxt müəyyən edilir.
4.1.3. Lüğət və digər köməkçi vasitələrdən istifadəyə icazə verilmir. Tədbir zamanı və ya tədbirdən sonra kameralar vasitəsilə aşkar edilən pozuntuları törədən iştirakçılar müsabiqədən kənarlaşdırılır.
4.1.4. İştirakçıların tərcümələri Münsiflər heyəti tərəfindən qiymətləndirilir. Ən yaxşı nəticə göstərən 50 nəfər növbəti mərhələyə buraxılır.
4.2. 2-ci Mərhələ
4.2.1. 2-ci mərhələdə 50 iştirakçının yazılı və ardıcıl şifahi tərcümə bacarıqları yoxlanılır.
4.2.2. 2-ci mərhələnin birinci hissəsində iştirakçılara 2 sahə üzrə hərəsi 150 sözdən ibarət olan mətni tərcümə etmək üçün 1 saat vaxt verilir.
4.2.3. Lüğət və digər köməkçi vasitələrdən istifadəyə icazə verilmir. Tədbir zamanı və ya tədbirdən sonra kameralar vasitəsilə aşkar edilən pozuntuları törədən iştirakçılar müsabiqədən kənarlaşdırılır.
4.2.4. 2-ci mərhələnin ikinci hissəsində iştirakçılar ardıcıl şifahi tərcümə üzrə yoxlanılır. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ən yüksək nəticə göstərən 25 nəfər üçüncü mərhələyə buraxılır.
4.3. 3-cü Mərhələ
4.3.1. 3-cü mərhələdə 25 iştirakçının ardıcıl və sinxron şifahi tərcümə bacarıqları yoxlanılır.
4.3.2. 3-cü mərhələnin birinci hissəsində iştirakçılar ardıcıl şifahi tərcümə üzrə yoxlanılır.
4.3.3. 3-cü mərhələnin ikinci hissəsində iştirakçılar sinxron şifahi tərcümə üzrə yoxlanılır.
5. Mükafatlandırma
3-cü mərhələnin nəticələrinə əsasən, 3 qalib müəyyən edilir və mükftlandırılır.
Qaliblər eyni zamanda AGTA-nın Məşğulluq Komitəsində qeydə alınacaq və onların işlə təminatında köməklik göstəriləcək.

Müraciət üçün: http://agta.az/musabiqə-2015-2/

Follow Oley.az


Baxılma sayı (542)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>