Gənc həkimlər və tibb tələbələrinin nəzərinə!

Gənc həkimlər və tibb tələbələrinin nəzərinə!

2-ci Yay Tibb Akademiyası

01.07.2015 – 31.08.2015 Mannheim, Almaniya

Gənc həkimlər və tibb tələbələrinin nəzərinə!

“2. Sommerakademie für Medizin” layihəsi çərçivəsində iki aylıq tibbi alman dili və Almaniyada approbation imtahanına hazırlıq kursuna ərizə qəbulu başlamışdır. Proqram keçən il keçirilən ilk yay tibb Akademiyasında və Aprobasiya imtahanlarında toplanmış təcrübə əsasında hazırlanmışdır.

İki ay müddətində davam edəcək proqramda aşağıdakılar nəzərdə tutulur:

• Kvalifikasiyalı alman dili müəllimləri tərəfindən həftədə 5 dəfə, 3 saat olmaqla tibbi alman dili tədris ediləcək. Bu proqram həkimin gündəlik fəaliyyətində gərəkli olacaq əsas məqamlar (ünsiyyət, anamnezin toplanması, bazis anatomik biliklər, xəstələrin klinik müayinəsi, instrumental müayinələr, xəstələrin müzakirə edilməsi, tibbi sənədlərin yazılması) nəzərə alaraq hazırlanmışdır.

• Kursun sonunda arzu edən iştirakçılara rəsmi Alman dili və Patientenkommunikation B2-C1 imtahanı təşkil ediləcək.

• Həftədə iki dəfə (18:00-20:00) Almaniyada çalışan həkimlər tərəfindən Aprobasiya imtahanına hazırlıq çərçivəsində tibbi mühazirələr olacaq. Bu mövzular da alman mütəxəssislər və Aprobasiya imtahanı vermiş azərbaycanlı həkimlərin tövsiyyəsi ilə hazırlanmışdır. Burada Aprobasiya imtahanında ən çox toxunulan mövzular əsas götürülmüşdür.

• Kurs ərzində iki dəfə simulativ şifahi Aprobasiya imtahanı təşkil ediləcək. Bununla siz özünüzün tibbi alman dili və Aprobasiya imtahanlarına hazırlıq səviyyənizi müəyyən edə biləcək, eyni zamanda Aprobasiya imtahanın atmosferini yaşamış olacaqsınız.

• Siz yay Akademiyası zamanı Aprobasiya imtahanı vermiş azərbaycanlı həkimlərlə ünsiyyət və Almaniyanın tibb təhsili və səhiyyə sistemi haqqında məlumat almaq imkanı əldə edəcəksiniz.

• Bunlardan əlavə, müxtəlif mədəni tədbirlər nəzərdə tutulur.

Təcrübə göstərir ki, Approbasiya imtahanlarında uğursuzluğa səbəb olan əsas faktorlardan biri tibbi alman dilinin zəifliyidir. Rəsmi məlumatlara əsasən 2014-cü ildə keçirilən “Patientenkommunikationstest“ imtahanlarında müdavimlərin 40%-i imtahandan keçə bilməmiş və 90% hallarda səbəb kimi imtahanda alman dilində eprikrizin (Arztbrief) yazılmasında yaşanan çətinliklər olmuşdur. Bu nöqteyi nəzərdən, kursun əsas hədəfi yazılı tibbi alman dilinin inkişafı olacaqdır. Kursun sonunda isə rəsmi „Patientenkommunikationstest“ vermək imkanınız olacaqdır.

Kurs 20 nəfər üçün nəzərdə tutulub və qismən ödənişlidir. İştirak haqqı 2260 Avrodur. İştirak haqqına iştirakçıların iki aylıq yaşayışı, alman dili müəllimlərinin qonorarı, bütün dərs vəsaitləri, dərs yerinin icarəsi, dəvət edilən çıxışçı həkimlərin yol və yaşayış xərcləri və texniki xərclər daxildir.

İştirak haqqının və yol xərcinin (aviabilet ekonom sinfə aid olmalı və qiyməti 500 Avrodan baha olmamalıdır), eləcə də digər xərclərin bir hissəsinin təşkilatçılar tərəfindən təmin edilməsi planlaşdırılır. Bunun üçün fərqli sponsorlara müraciət edilmişdir. Cavabların kursdan az öncə məlum olacağı səbəbindən hələlik sizə dəstəyin dəqiq həcmini qeyd edə bilmirik.

İştirakçılar üçün əsas tələblər:

• Alman dili bilik səviyyəsi B2 və yuxarı
• Kurs proqramının 80%-dən çoxunda iştiak etmək.
Müraciət ərizələri 15.03.2015 tarixinə qədər qəbul ediləcək. Şəxsi məlumatlarınızı və almanca qısa motivasiya məktubunu dolduraraq müraciət edə bilərsiniz.
• Ərizə formasını aşağıdakı linkə daxil olaraq doldura bilərsiniz:


https://fs21.formsite.com/VAND-Academy/form1/index.html

Kurs VAND – Vereinigung Aserbaidschanischer Mediziner in Deutschland təşkilatçılığı ilə keçiriləcək. Əlavə sualı olanlar info@aserimediziner.de emailinə yazaraq məlumat ala bilərlər


Baxılma sayı (1061)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>