“Qlobal Beyin Mərkəzlərinin İndeks Hesabatı 2014”

“Qlobal Beyin Mərkəzlərinin İndeks Hesabatı 2014”

Yanvarın 22-də Pensilvaniya universiteti Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri proqramı çərçivəsində hazırlanan “Qlobal Beyin Mərkəzlərinin İndeks Hesabatı 2014”ün nəticələri açıqlandı. Təqdimat təşkilatın əməkdaşı Nərmin İbrahimova tərəfindən keçirilib.

Hesabat nəticələrinə əsasən İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Mərkəzi Asiyada ən yaxşı beyin mərkəzi seçilib. Qeyd etmək lazımdır ki, Azərbaycan reytinqdə 17 kateqoriya üzrə 6 təşkilat vasitəsilə təmsil edilir. İSİM “ən yaxşı idarə edilən”, iqtisadi siyasət, təhsil siyasəti, enerji və resurs siyasəti, beynəlxalq iqtisadi siyasət, beynəlxalq inkişaf və s. kimi kateqoroiyar üzrə yüksək pillərlərdə qərarlaşıb. Bundan əlavə, təşkilatın 2013-cü ildə nəşr etdiyi “Gömrük İttifaqına Üzvlük: Azərbaycan üçün Strategiyanın Formalaşdırılması” tədqiqatı hesabatda yer alan qlobal beyin mərkəzləri arasında ilk 24 ən yaxşı tədqiqat işi sırasına daxil olub.

Sözügedən hesabatda Azərbaycanın bir neçə beyin mərkəzi vasitsilə təmsil olunması və Mərkəzi Asiya regionunda birinci pilləyə yüksəlməsi Həm ölkə üçün, eyni zamanda təşkilat olaraq İSİM üçün çox böyük uğurdur. Qeyd etmək lazımdır ki, hesabatda dünyanın 181 ölkəsindən 6700-yə yaxın beyin mərkəzi əhatə olunub və təşkilatların qiymətləndirilməsi bir neçə region üzrə bölünərək regional ekspertlər tərəfindən aparılıb.

967978_671222056324028_616371140_n 10947676_671222036324030_1382254601_n 10944937_671222039657363_1214473583_n


Baxılma sayı (580)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>