“Avropa İttifaqı Məktəbi”

“Avropa İttifaqı Məktəbi”

Avropa İttifaqı Məktəbində iştirak üçün müsabiqə elan edilir.

23-29 mart 2015-ci il tarixlərində Azərbaycan Diplomatik Akademiyası (ADA) və Gənc Azərbaycanlı Mütəxəssislərin Avropa Assosiasiyasının (AYAPE) təşkilatçılığı ilə Avropa Parlamentində “Avropa İttifaqı Məktəbi” təlim kursu keçiriləcəkdir.

Təlimin məqsədi Avropa İttifaqı (Aİ) daxilindəki inteqrasiya və siyasi qərar qəbuletmə prosesinin nəzəri və praktiki mənada Aİ qonşuluğunda siyasi fəaliyyətə çevrilməsi yollarını öyrənməkdir.

Təlimdə iştirakçılar 3 əsas bacarığa yiyələnəcəklər:

1. Aİ-nin fəaliyyəti ilə bağlı nəzəri və praktiki biliklər;

2. Avropa səviyyəsində qərarların qəbulunda Aİ və qeyri-Aİ səlahiyyətinə aid məsələlər;

3. Aİ-Azərbaycan münasibətləri – Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı.

Təlimə Avropa Parlamentinin deputatı ev sahibliyi edəcək və təlim Brüsseldə, Avropa Parlamentində keçiriləcək.

Təlimdə iştirak edəcək 30 nəfərdən 15-i ADA tələbələrindən ibarət olacaqdır. Digər 15 nəfər isə AYAPE tərəfindən müsabiqə əsasında seçiləcəkdir.

18-29 yaş arası, Aİ idarəçiliyi və Avropa Qonşuluq və Şərq Tərəfdaşlığı siyasətində maraqlı olan, xaricdə təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı tələbələr təlimdə iştirak etmək üçün müraciət edə bilərlər.

Təlimdə iştirak etmək istəyənlərdən info@ayape.eu email ünvanına Europass formatında CV və motivasiya məktubunu göndərmələri xahiş olunur.

Sənədlərin qəbulu üçün son tarix: 22 fevral 2015

Seçilmiş şəxslərin yaşayış və təlim xərcləri təşkilatçılar tərəfindən tam, yol xərcləri isə qismən (100 avroyadək) qarşılanır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.


Baxılma sayı (1111)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>