Asaif təmsilçisi Kipr prezidenti ilə görüşdü.

Asaif təmsilçisi Kipr prezidenti ilə görüşdü.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Kipr  təmsilçisi və Kipr adasında ən fəal gənclərdən biri Kamran Əliyev Şİmali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dr. Dərviş Eroğlu  ilə görüşüb.
Noyabrın 5-də Kamran Əliyev və Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində ŞKTC Prezidenti Derviş Eroğlu ilə görüşüb. Prezident sarayında baş tutan rəsmi qəbul zamanı Azərbaycan-Şimali Kipr münasibətləri barədə danışan Əhməd Şahidov keçən ilin Dekabr ayında ŞKTC Prezidenti ilə görüşünü xatırlatmış və həmin görüşdə Şimali Kiprlə bağlı əsər yazmaq barədə Derviş Eroğlunun tövsiyyəsinə ciddi yanaşdığını və “Sıfır Nöqtəsi” adlı roman qələmə aldığını bildirmişdir.
Yeni əsəri barədə Şimali Kipr rəhbərinə geniş məlumat verən Əhməd Şahidov romanda təkcə Şimali Kipr deyil, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk dünyası barədə məqamların yer aldığını bildirmişdir. “Sıfır Nöqtəsi” romanının əsas süjet xəttinin ikiyə bölünmüş Kipr adasının birləşməsi barədə olduğunu deyən Əhməd Şahidov yaranacaq vahid Kipr Respublikasında adanın Türk kəsiminin daha mühüm mövqeyə malik olacağı haqqında əsərdə danışıldığını diqqətə çatdırmışdır.
Görüş zamanı Kamran Əliyev bildirib ki, Əhmət Şahidovun xaricdə, özəlliklə keçmiş sovet ölkələrində ŞKTC-ni təmsil edib tanıtmağı tək ŞKTC üçün deyil, bütün Türk dünyası üçün önəmlidir. ŞKTC prezidenti Dr. Dərviş Eroğlunun ŞKTC-də yaşayan və təhsil alan azərbaycanlılara dəstək verdiyi üçün ”ASAİF” təmsilçisi ona öz minnətdarlığını bildirib.
“Sıfır Nöqtəsi” romanını sevinc hissi ilə qarşılayan ŞKTC prezidenti Derviş Eroğlu bu əsərin iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə yardımçı olacağını söyləmişdir.  Gənc yazıçı Əhməd Şahidovun, ŞKTC-də təhsil alan və yaşayan azərbaycanlıların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən ŞKTC prezidenti Derviş Eroğlu Şimali Kipr üçün verdiyi bu töhfəyə görə Əhməd Şahidova və Kamran Əliyevə dərin təşəkkürünü bildirmişdir.
IMG_8144IMG_8151




Baxılma sayı (4023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>