Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Muzeylərə pulsuz giriş kampaniyası | Oley.az
Muzeylərə pulsuz giriş kampaniyası

Muzeylərə pulsuz giriş kampaniyası

“Oley.az” Bizi izləyin ! – Faydalı olmaq üçün çalışırıq ! 🙂 

Dostlarımızlada paylaşaq ! 

 

BP şirkətinin sponsorluğu çərçivəsində qış tətilləri zamanı Azərbaycan Milli İncəsənət Muzeyinə, Milli Azərbaycan Tarix Muzeyinə, Şirvanşahlar Sarayı Kompleksinə, Azərbaycan Xalça Muzeyinə və Qız Qalası tarixi abidəsinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir.

Məktəblilər, tələbələr, Bakı şəhərinin sakinləri və qonaqları dekabrın 27-dən yanvarın 5-dək keçiriləcək sərbəst giriş günlərindən faydalanmağa dəvət olunur.

Əlavə məlumat və bələdçi turları:
İncəsənət Muzeyi – turlar saat 11:00, 13:00, 14:00, 15:30 və 16:30-da. Ünvan: Niyazi küçəsi, 11-13. Telefon: (012) 492 5019
Tarix Muzeyi – turlar saat 10:00 və 14:00-da. Ünvan: Hacı Zeynalabdin Tağıyev küçəsi, 4. Telefon: (012) 493 2387 (28 və 31 dekabr; 1, 2 və 4 yanvarda fəaliyyət göstərmir)
Şirvanşahlar Sarayı Kompleksi – turlar saat 10:00-dan 18:00-a qədər hər saatın əvvəlində. Ünvan: İçərişəhər, Qəsr döngəsi, 76. Telefon: (012) 437 1247 (Kompleks 1 yanvarda fəaliyyət göstərmir)
Qız Qalası – turlar saat 10:00-dan 19:00-a qədər hər saatın əvvəlində. Ünvan: Asəf Zeynallı küçəsi, 20. Telefon: (012) 437 3175; (012) 437 3186 (1 yanvarda fəaliyyət göstərmir)
Azərbaycan Xalça Muzeyi – turlar hər saatın əvvəlində. Ünvan: Mikayıl Üseynov prospekti, 28, Dənizkənarı Milli Park. Telefon: (012) 4972057

Əlavə məlumat üçün BP şirkətinin mətbuat xidmətinə müraciət edə bilərsiniz. Telefon: (012) 599 4557; (012) 599 4558

Baxılma sayı (1949)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*