Art Energy – 20” mövzusunda müsabiqə

Art Energy – 20” mövzusunda müsabiqə

Sentyabr ayının 20-də Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam olur.

ARDNŞ, Mədəniyyət və Turizm Nazirliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə bu əlamətdar hadisə münasibətilə “Art Energy – 20” mövzusunda müsabiqə elan edilib.

Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan neft sənayesinin tarixini, əfsanəvi Neft Daşlarını, “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan, “Azəri-Çıraq-Günəşli“, “Şahdəniz” layihələrinin respublikamızın sosial və iqtisadi inkişafındakı rolunu, neftçilərimizin fədakar əməyini və iqtisadiyyatımızın ötən müddət ərzindəki müsbət dinamika üzrə inkişafını tərənnüm etməlidir. ARDNŞ, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı nümayəndələrindən və tanınmış rəssamlardan ibarət Münsiflər Heyəti əsərlərə baxış keçirəcək, qaliblər açıq səsvermə yolu ilə müəyyən ediləcək.

Səsvermənin nəticələri Münsiflər Heyətinin rəyi əsasında müəyyənləşdiriləcək. Müsabiqəyə rəngkarlıq, qrafika, kiçik həcmli heykəltəraşlıq janrlarında hazırlanmış sənət əsərləri təqdim edilə bilər:

Müsabiqənin ümumi mükafat fondu 20 000 AZN təşkil edir: I yer 3 mükafat – 3×3000 – 9000 AZN II yer 3 mükafat – 3×2000 – 6000 AZN III yer 3 mükafat – 3×1000 – 3000 AZN Həvəsləndirici mükafatlar – 10×200 – 2000 AZN

Müsabiqədə iştirak etmək istəyənlər ARDNŞ-da yaradılmış Təşkilat Komitəsinə, ilqaraliyev@socar.az; aygul.shamchiyeva@socar.az və http://www.socar.az/neftmuzeyi/elanlar.html saytına müraciət etməklə müsabiqənin şərtlərinə dair zəruri məlumat əldə edə bilərlər. (Əlaqə telefonları: (012) 521-03-69, 521-00-68)

Müsabiqədə iştirak etmək üçün ərizə-“İştirakçı vərəqi” 1 avqust 2014-cü il tarixindən başlayaraq, iş günləri saat 09:00-dan 18:00-dək qəbul olunur. Ərizələrin son qəbul günü – 1 sentyabr 2014-cü il tarixidir. Ərizə nümunəsi yuxarıda göstərilmiş saytda yerləşdirilib.

Müsabiqədə bir müəllif yalnız 1 sənət əsəri ilə iştirak edə bilər. Sənət əsərləri istənilən formatda (ölçüdə) və çərçivədə təqdim olunur. Əlavə olunan bağlı zərfin yuxarı sağ küncündə “Art Enerji -20” şüarı yazılır, içərisində müəllifin soyadı, adı, atasının adı, təvəllüdü, ünvanı və əlaqə telefonu göstərilmiş məlumat vərəqi, eləcə də sənət əsərinin fotoşəkli yerləşdirilir. İşlər 13 sentyabr 2014-cü il, saat 17:00-dək qəbul olunacaq. Müsabiqədə qalib gəlmiş rəsm əsərləri ARDNŞ-ın mülkiyyəti hesab edilir. Qalib olmayan işlər müsabiqənin nəticəsi elan edildikdən sonra, müəllifin tələbinə əsasən 1 ay müddətində geri qaytarılır. Müsabiqə ilə bağlı əlavə məlumatı ARDNŞ-nin Muzey işinin təşkilı şöbəsindən əldə etmək mümkündür.


Baxılma sayı (2157)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>