“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən Master Klass təlimləri

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən Master Klass təlimləri

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən “Daxili Audit və Daxili Nəzarət”, həmçinin “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda tələbələr üçün keçiriləcək növbəti Master Klass təlimlərinin keçirlmə vaxtı müəyyənləşib.

“Daxili Audit və Daxili Nəzarət” mövzusunda keçiriləcək təlim (3 gün – saat 15:00-dan 18:00-dək) bu ilin iyul ayının 7-8-9-da, “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda tədris olunacaq təlim (3 gün – 15:00-dan 18:00-dək) isə bu ilin iyul ayının 21-22-23-də keçiriləcək.

Tələbələr şəxsiyyət vəsiqəsi, əlaqə nömrəsi və tələbə biletinin surətini Şirkətin Nərimanov rayonu, Mayakovski küçəsi,15 ünvanında yerləşən baş ofisinə və ya training@pasha-life.az elektron ünvanına göndərə bilərlər. Tələbələrdən xahiş olunur ki, email göndərən zaman iştirak edəcəkləri təlimin adını xüsusi ilə qeyd etsinlər.

Qaydalara uyğun olaraq, hər iki təlimin sonunda tələbələrə müvafiq mövzularda sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, yuxarıda adları qeyd olunmuş təlimlər hər ay keçirilir və bu təlimlər bütün ali təhsil ocaqlarının tələbələrinə şamil olunur.

Qeyd edək ki, tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.

Təlimlərin nəticəsi olaraq, potensial imkanlarından asılı olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan talantlı və qabiliyyətli tələbələr gələcəkdə “PAŞA Həyat Sığorta” ASC-də uzunmüdətli təcrübə keçmək şansı da qazana bilərlər.

Baxılma sayı (2336)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*