“YBF – İstanbul 1″ projesinin iştrakçısı Günel Hacı ilə müsahibə )

“YBF – İstanbul 1″ projesinin iştrakçısı Günel Hacı ilə müsahibə )

Bu Şans Gələcək Həyatın üçün ən böyük addım olacaq…
8 böyük Universiteti kəşf et:
1. “Beykent Universiteti” ( Tanıtım videosu )
2.  “Kadir Has Universiteti”  ( Tanıtım videosu )
3.  “Sabancı Universiteti” ( Tanıtım videosu )
4. “Okan Universiteti” ( Tanıtım videosu )
5.  “Özyeğin Universiteti” ( Tanıtım videosu )
6. “Istanbul Aydın universiteti” ( Tanıtım videosu )
7. “Bahçeşehir universiteti” ( Tanıtım videosu )
8. “Üsküdar universiteti” ( Tanıtım videosu )
Tam ətraflı: http://oley.az/?p=3713
Rezerv üçün elə indi zəng edin ! )
Tel (012) 492 36 67
Mob (050) 559 49 32

 

- Salam, Günel, necəsən? Əvvəlcə səni tanıyaq: Günel Hacı kimdir və harada təhsil alır?

Salam. Günel tələbədir və hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kursunda təhsil alır.

-  Necə oldu ki Gənc Biznes Fabriki- İstanbul layihəsində iştirak etmək qərarına gəldin? Və bu qərara ailənin münasibəti necə oldu?

Bir çox dostum bilir ki, yayda Oley.az saytında müxbir kimi fəaliyyətə başladım. Onda layihənin hazırlıqları demək olar ki gözümün qabağında baş verirdi. əvvəlcə layihədə iştirak etmək fikrim olmasa da, komandanın canfəşanlığı məni özünə çəkdi və mən bu şansı qaçırmamalı olduğumu hiss etdim. Hislərimdə yanılmadığım üçün də çox şadam. Ailəm hər zaman olduğu kimi dəstəklədi, çox şadam ki, qız olduğumu önə çəkərək mənim istəklərimi çərçivələyən bir ailəyə sahib deyiləm.

-  Azərbaycanda keçirilən dərs sistemi ilə Türkiyənin dərs sistemi ilə nə kimi fərq gördün ?

Mən birinci kursu Qafqaz Universitetində oxuduğumçün Türkiyə təhsilinə az, çox bələdəm. Fərqlərin də sayılmaqla bitməyəcəyi qədər çox olduğunu bilirəm. Ancaq, Okan Universiteti, Özğenin Universiteti və digərləri tamam başqa aləm idi. Düzdü illik özəl olduqları üçün illik ödənişləri də az deyildi, amma dəyərmi? Dəyər. Dərs keçmə üsulu, müəllim və tələbə münasibətləri bizim universitetlərlə müqaisə oluna bilməz məncə. Təhsil sistemimizin üstündə hələ çox işlənməlidir.

- Ən çox hansı universiteti hansı dərsləri bəyəndin?

Sabancı Universitetindəki seminarı çox bəyənmişdim, əsas da biz kimik? mühazirəsi. Özyeğin Universiteti isə dizayn, ortam baxımından tam başqa bir aləm idi.

- Gənc Biznes Fabriki İstanbul Layihəsi sizə nə qazandırdı?

Əvvəlcə çox gözəl dostlar. Otaq yoldaşım Günellə çox gözəl dostluğumuz alındı. Sonra böyük təcrübə. Özümə güvən. Bu özgüvəni əslində sizə borcluyam. Ömrümdə ilk dəfə səfərə çıxacaq biri idim, siz mənə inanaraq komandanı əmanət etdiniz. Müxtəlif seminarlarda, fərqli ortamda, bilmədiyim mövzularda(məsələn marketinq) nəsə biliyə sahib oldum. ən əsası unudulmaz 1 həftəm oldu.

- Ən yadda qalan hadisə nə oldu, bilmək olar?

Mənim orda işim közdə bişən qarğıdalı yemək( şəkillərdə də qarğıdalıyla düşmüşəm), şəkil çəkmək, türklərlə dilləşmək olub. Yəqin ki, orada mənimlə olan dostlardan kimsə bunu oxusa şəkil aldığım oğlanın başına açdığım oyunu xatırlayıb əməllicə gülər.

- Sonda yeni iştrakçılara məsləhətin , təklifin nədir?

Hər bir insanın ən azı ildə bir dəfə istirahət, səyahət haqqıdır. Siz bu haqqınızdan həm sərfəli, həm də gələcəyiniz üçün yatırım kimi istifadə edin. Hər kəsə uğurlar, bilmək olmaz, bəlkə bu dəfə də sizinlə gəldim J

- Səni hər zaman aramızda görmək xoşdur, bəs bizə- Oley.az-a hələlik sözün?

Sizə nə sözüm ola bilər? Hər zaman belə irəlidə olun. Sən demişkən, Rasim, faydalı olaq  )

 

Bizi izləyin Young Business Factory

1071236_352810858184470_338512014_o

1239654_717151644967685_1769725639_n 10425772_473170316148523_1172519285_n10418823_473169762815245_1695850666_o 10388736_473169736148581_951666154_o 1004511_347648785367344_1395432305_n 10446406_473169202815301_1486979816_n 10405757_473169246148630_1614235087_n 10423580_473169552815266_880045673_n 10443704_473169669481921_908286897_n 919328_346716225460600_515329713_o 1004534_352805564851666_192713689_n

 

1157545_677637605598785_260984974_n 1187212_678237345538811_1802120210_n


Baxılma sayı (2567)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>