“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən “Daxili Audit və Daxili Nəzarət”, həmçinin “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda təlimlər

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən “Daxili Audit və Daxili Nəzarət”, həmçinin “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda təlimlər

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən “Daxili Audit və Daxili Nəzarət”, həmçinin “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda tələbələr üçün keçiriləcək növbəti Master Klass təlimlərinin keçirlmə vaxtı müəyyənləşib.

“Daxili Audit və Daxili Nəzarət” mövzusunda keçiriləcək təlim (2 gün – saat 15:00- 18:00-dək) bu ilin iyun ayının 19-20-də,

“Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda tədris olunacaq təlim (3 gün – 15:00-18:00-dək) isə bu ilin iyun ayının 23-25-də keçiriləcək.

“Daxili Audit və Daxili Nəzarət” adlı təlim üzrə son sənəd qəbulu günü  17 iyun  -dək,

“Sığorta və Sığorta Mədəniyyəti” mövzusu üzrə isə  19 iyun  -dək nəzərdə tutulub.

Tələbələr şəxsiyyət vəsiqəsi, əlaqə nömrəsi və tələbə biletinin surətini Şirkətin Nərimanov rayonu, Mayakovski küçəsi,15 ünvanında yerləşən baş ofisinə və ya ehuseynguluyev@pasha-life.az elektron ünvanına göndərə bilərlər.

Tələbələrdən xahiş olunur ki, email göndərən zaman iştirak edəcəkləri təlimin adını xüsusi ilə qeyd etsinlər. Qaydalara uyğun olaraq, hər iki təlimin sonunda tələbələrə müvafiq mövzularda sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, yuxarıda adları qeyd olunmuş təlimlər hər ay keçirilir və bu təlimlər bütün ali təhsil ocaqlarının tələbələrinə şamil olunur.

Qeyd edək ki, tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır. Təlimlərin nəticəsi olaraq, potensial imkanlarından asılı olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan talantlı və qabiliyyətli tələbələr gələcəkdə “PAŞA Həyat Sığorta” ASC-də uzunmüdətli təcrübə keçmək şansı da qazana bilərlər.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz ustad dərsləri (Master Klasslar) təşkil edir. Maarifləndirmə işləri çərçivəsində, artıq bu ilin aprel ayından başlayaraq Universitetlərdə də təlimlərin tədrisi işlərinə başlanılıb. İndiyədək “PAŞA Həyat” tərəfindən Azərbaycan Universiteti və İqtisad Universitetində müxtəlif mövzularda 3 təlim keçirilib.


Baxılma sayı (7613)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>