«CEDAW ƏMƏLDƏ» adlı layihə

«CEDAW ƏMƏLDƏ» adlı layihə

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən Counterpart İnternationalın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihəsinin JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİNİN ELANI MÖVZULAR Gender məsələləri və qadın hüquqları sahəsində vəkilliyin artırılması məqsədilə qadın təşkilatları və KİV-lərin fəallaşdırırılmasına yönələn layihə çərçivəsində jurnalistlər arasında aşağıdakı mövzular üzrə məqalə MÜSABİQƏSİ elan edilmişdir:

1. JURNALİST BAXIŞI: “Azərbaycanda Gender Bərabərliyi üçün Mediada Uğurlu Vəkillik Strategiyaları”

2. JURNALİST BAXIŞI: “Azərbaycanda Gender Bərabərliyinin Təminatında Medianın Rolunun Artırılması Yolları”

3. JURNALİST BAXIŞI: “Azərbaycanda Qadın Təşkilatları və Media Araslnda Əməkdaşlığın Artırılması Yolları”

QİYMƏTLƏNDİRMƏ MEYARLARI Qiymətləndirmə aşağıdakı meyarlar üzrə qiymələndiriləcəkdir: • Mövzuya uyğunluğu • Reallığa yaxınlığı • İnnovativ tövsiyələrin əks olunması • Praktik və tətbiq oluna biləcək tövsiyələrin əks olunması • Jurnalist yazısının peşəkarlığı Müsabiqədə iştirak etmiş şəxsin tanınma dərəcəsi yox, məqalənin keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Buna görə bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir. Münsiflər heyətinin adları mükafatların təqdimetmə mərasimində açıqlanacaqdır.

MÜDDƏT VƏ TEXNİKİ ŞƏRTLƏR

1. Təqdim olunan məqalələr daha öncə dərc olunmamalıdır.

2. Müsabiqəyə təqdim olunan yazılar RİQC-in info@ward.az VƏ ward.azerbaijan@gmail.com email ünvanlarına göndərilməlidir.

3. Müsabiqə 25 mart – 25 aprel 2014 müddətində davam edəcəkdir. 25 aprel 2014 saat 18:00-dən sonra təqdim olunan məqalələrə baxılmayacaqdır. MÜKAFAT Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə təqdim edə bilər. Qalibin adı 05 may 2014 tarixində açıqlanacaqdır. Müsabiqədə cəmi bir (1) qalib jurnalist müəyyələşəcəkdir. Mükafatçı 2014-cü ilin iyun ayında Polşaya 4-günlük öyrənmə səfərinə seçilmək imkanını qazanacaqdır, səfərin bütün xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Mükafatçı səfərdən qayıtdıqdan sonra daha 3 məqalə nəşr edəcəkdir (məqalə mövzusu təşkilatçılarla razılaşdırılacaqdır). Əlavə olaraq ən yaxşı 12 jurnalist məqaləsi bir və ya bir neçə KİV-in “gender guşəsində” dərc olunacaqdır. DİQQƏT Müsabiqədə keyfiyyətsiz iştirak nümunələrinin təqdim edilməsi halında, müsabiqənin bütün nəticələrinin ləğv olunması haqqında hüququ RİQC özündə saxlayır.

ƏLAQƏ MƏLUMATI Aygün Hacıyeva Media və İctimai Əlaqələr üzrə Menecer Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Bakı, AZ1025, Afiyəddin Cəlilov küç. 26, mən. 98 (+99412) 490 40 44, (+99450) 760 40 44 info@ward.az VƏ ward.azerbaijan@gmail.com


Baxılma sayı (1058)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>