Müştəri sədaqəti meydana gətirməyin  6 yolu

Müştəri sədaqəti meydana gətirməyin 6 yolu

Yeni satışlar etmək və ya böyük müştərilərə çatmaq hər vaxt cəzbedicidir. Lakin bunu edərkən gözdən qaçırılmaması lazım olan bir şey var: Hal-hazırda olan müştəriləri – kiçik oyunçular olsalar belə- əlinizdə tutmaq işlətməniz üçün əsas prioritetlər arasında gəlməlidir.

İşlətmənin davamı üçün açar oyunçular davamlı müştərilərdir, sadiq olanlardır. Müştəri sədaqəti meydana gətirməyə başladığınızı; verdiyiniz keyfiyyətli xidmət sonrası gələcək olan “təşəkkür edirəm” sözlərindən anlaya bilərsiniz. Daha zəmanətli müştəri sədaqəti üçün isə bu 6 yolu nəzərdən keçirmənizi təklif edərik.

Müştəri sədaqəti meydana gətirmənin 6 Yolu

1. Müştəriləriniz onlar üçün nə etdiyinizi bilsin

Bunu reallaşdırmaq üçün müştərilərinizə e-poçt göndərə biləcəyiniz kimi bir az daha qeyri-rəsmi davranaraq onlarla telefon görüşməsi edə bilərsiniz. Hansı metodu istifadə etsəniz istifadə edin, əsas nöqtə onlar üçün hansı mükəmməl xidmətləri təqdim etdiyinizi onlara söyləmənizdir. Davamlı mükəmməl işlər etmiş olsanız da, bunu müştərilərinizə söyləməsniz onlar heç bir zaman bunun fərqinə çatmağa bilər.

2. Uzun müddətdir müştəriniz olanlara tez-tez fərdi qeydlər göndərin

“İş masamın başında otururdum nədənsə ağılıma birdən sən gəldin. Yenə əvvəlki kimi dünyanı gəzməyə davam edirsənmı? Yeni bir çamadana ehtiyac duysan mütləq axtar məni, yeni modellərimiz gəldi.”

3. Fərdi təmas

Səsli mesajlar, e-poçtlar, ictimai şəbəkələr ünsiyyət üçün ən asan yollar lakin bu yollarla qurulan ünsiyyətdə fərdi təmas əskikliyi mövcuddur. Bu yolları yalnız müştəriylə doğrudan danışacağınızı bildirmək üçün istifadə edin.

4. Xüsusi vəziyyətləri unutmayın

Müştərilərinizin il dönüşlərini, ad günlərini və digər xüsusi günlərini unutmayın. Xüsusi günlərdə onlara təbrik  kartları və ya kiçik  məhsullar göndərin. Onları əhəmiyyətli hesab etdiyinizi göstərmək üçün bir sərvət xərcləmənizə ehtiyac yoxdur.

5. Məlumatı nəşr

Bir məqalə oxudunuzsa, yeni bir kitab gördünüzsə və ya müştərinizin maraqlana biləcəyi növdə bir fəaliyyət eşitdinizsə bunu onlarla dərhal paylaşın.

6. Təqib çağırışlarını iş inkişaf etdirmə çağırışları olaraq düşünün

Bütün bunları edərkən işinizi inkişaf etdirdiyinizi düşünün. Unutmayın, kiçik bir danışma sayəsində onunla maraqlanıldığını hiss edən müştəriniz sizə yeni müştərilər istiqamətləndirəcək.

 

 

 

 


Baxılma sayı (5833)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>