Evlilik ağacı

Evlilik ağacı

Bir-birlərini sevərək evlənmişdilər. Evliliklərinin  tam mənasıyla şirin ayları idi. Amma sonrakı günlər? Xəyal aləmindən gerçək dünyaya endilər. Evliliyin heç də düşündükləri qədər olmadığını anladılar..

Bəli, bir-birlərini sevirdilər, amma aydındır ki sevgi çatmırdı. Evlənmədən əvvəlki qədər olmasa da, bir-birlərinə sevgilərini ifadə edirdilər etməsinə, ancaq kiçik bir söz, kiçik bir hadisə aralarında böyük bir mübahisənin çıxasına çatırdı.

Bir axşam oturub əlaqələrini nəzərdən keçirməyə qərar verdilər. Hər ikisi də, boşanmanı istəmirdi, amma evliliklərinin də bu şəkildə getməyəcəyinin fərqində idilər. Kişi:

“Ağılıma bir fikir gəldi” dedi. “Bağçaya bir ağac əkək. Bu ağac bizim evliliyimizin simvolu olsun. Əgər bu ağac üç ay içində qurusa boşanaq. Qurumaz da böyüsə bunu bir daha ağılımızdan keçirməyək.

Bu maraqlı fikir xanımının da xoşuna gəldi. Sabahısı gün gedib bir meyvə fidanı aldilar və birlikdə bağçaya tikdilər.

Aradan bir ay keçdi. Bir gecə bağçada qarşıladılar. Hər ikisinin də əlində içi su dolu bir bidon vardı…


Baxılma sayı (5783)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>