Heç birimizin tək başına bacara bilmədiyi şeyi hamımız birlikdə edə bilmərikmi?

Heç birimizin tək başına bacara bilmədiyi şeyi hamımız birlikdə edə bilmərikmi?

Heç birimizin tək başına bacara bilmədiyi şeyi hamımız birlikdə edə bilmərikmi?

Dağa dırmaşan bir adamın qarşısına böyük bir qaya çıxar. Bu qaya yolu tamamilə bağlamış, nə sağında, nə solunda kiçik bir keçid qalmamışdır.
Yüksəkdən itkin düşən bu qayani görən yolçu yolunu davam edə bilməyəcəyini görüncə, bir keçid açmaq üçün onu tərpətməyə məşğul olur, çox yorulur. Lakin bütün əzyəti boşa gedir.

Ümidsizliyə düşən adam oturür və:

“Gecə bu kimsəsiz yerdə yeməksiz, sığınacaqsız, ovlarını axtarışa çıxan vəhşi heyvanlara qarşı savunmasız qaldığımda nə olacaq?” deyə düşünür.

Fikrinde bu məsələni düşünərkən , başqa bir yolçu gəlir. Birincinin etdiyini eynilə edir; qayanı tərpətmək imkanını tapa bilməyincə o da başını əyir və səssizcə oturur.

Bundan sonra, çoxları gəlir; heç biri qayanı tərpədə bilməz. Hamısının narahatlığı çox böyükdür.

Nəhayət biri, o birilərə:

“Rəbbimizə dua edək, bəlkə bu pərişan halımıza ağrıyar” deyir. “Bu söz onlara təsir edir.

Bir az əvvəl , “Dua edək” deyən adam:

“Qardaşlarım! Heç birimizin tək başına bacara bilmədiyi şeyi hamımız birlikdə edə bilmərikmi?” düşüncəsini irəli sürür.

Qalxıb, qayanı hamısı birlikdə birdən itələyib və kənara yuvarlayıb, yollarına da rahatlıqla davam edirlər.

Yolçu insandır, səyahət həyatdır, qaya isə hər addımda yolunda rast gəldiyi çətinliklərdir.

Heç bir insan tək başına bu qayanı qaldıra bilməz. Lakin Allah, qayanın ağırlığını, birlikdə səyahət edənləri dayandıra bilməyəcək surətdə hesablamışdır.


Baxılma sayı (1170)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>