Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
“Young Business Factory” MÜHASİB vakansiyasını elan edir | Oley.az

“Young Business Factory” MÜHASİB vakansiyasını elan edir

“Young Business Factory” MÜHASİB vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

– Vergi orqanları ilə yazışmalar;

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;

– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;

 

Tələblər:

– Müvafiq sahə üzrə ali təhsil;

– Rus dilini mükəmməl bilməli (İngilis dili üstünlükdür)

– B1-B3, Microsoft Office proqramlarını bilmək;

– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək;

– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi;

– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı;

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;

 

İş qrafiki:

– Həftədə 5 gün 09:00 – 18:00, şənbə 15:00

– Əmək haqqı 500-800 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@ybf.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adı “Mühasib” şəklində göstərilməlidir, əks halda müraciətlərə baxılmayacaqdır. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Baxılma sayı (393)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*