Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Satış və Marketing şöbəsinə Satış mütəxəssisi üzrə vakansiya | Oley.az

Satış və Marketing şöbəsinə Satış mütəxəssisi üzrə vakansiya

Airmedia şirkəti Satış və Marketing şöbəsinə Satış mütəxəssisi üzrə vakansiya elan edir.

Namizədə tələblər :

1) Korporativ satış sahəsində təcrübəsinin olması.

2) İşinə məsuliyyətli olması.

3) Rus dili biliyinin olması.

4) Reklam sahəsində çalışması arzuolunandır.

5) İş saatının bitməsini səbrsizliklə gözləməsin.

Görəcəyi işlər:

1) Yeni korporativ müştərilərin tapılması.

2) Müştərilərlə görüşlərin təşkili.

3) Aldığı sifariş sənədlərinin hazırlanıb müvafiq şöbəyə yönləndirilməsi.

4) Mütəmadi olaraq şöbə rəhbərini gördüyü işlər barədə məlumatlandırmaq.

Əmək haqqı :

Namizədə görə 600-800 azn arası dəyişəcəkdir.

Bir müddət sonra satışdan bonusların verilməsi də planlaşdırılır.

İş vaxtı : Həftənin 5 günü saat 9:00-18:00. İstisna hallarda 6 cı gün

Qeyd: Satış komandası demək olar sıfırdan qurulduğundan ilk vaxtlar işlər bir az gərgin olacaqdır.

Uyğun namizədlər CV lərini e.namazli@airmedia.az ünvanına göndərsinlər.

Baxılma sayı (206)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*