Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
İsveçrəli Boggie Woogie kralının iştirakı ilə Master-Klass | Oley.az

İsveçrəli Boggie Woogie kralının iştirakı ilə Master-Klass

İsveçrəli Boggie Woogie kralının iştirakı ilə Master-Klass

Yanvarın 28-i, 14:00-da The Landmark Hotel Baku-nın Rotunda Jazz zalında United-Cultures-in təşkilatçılığı, İsveçrə səfirliyi, Jazz Dünyasl jurnalı və The Landmark Hotel Bakunun dəstəyi ilə məşhur isveçrəli Boogie Woogie ifaçısı Silvan Zinggin master klassı keçiriləcək.

Boogie Woogie çətin iş günündən sonra insanların rəqs etməsi, əylənməsi üçün daha dinamik ifa olunan blüz əsasında bir janrdır.

Master Klass zamanı:
-“Boogie Woogie” janrının yaranma tarixi;
-Barrelhouse piano stili və ənənəvi blüz;
-Clarence Smith-in 1928-ci ildə bəstələdiyi “Pinetop Boogie Woogie” musiqi parçası;
-Boogie Woogie-nin ilk dəfə disk üzərində dərc olunması tarixi;
-Müxtəlif şəhərlərdə-Kanzas, Nyu-Orlean, Çikaqo-bu musiqi janrında nümunələrin yaranma tarixi haqqında ətraflı məlumat veriləcək.

Həmçinin Master Klassda:
-M.L. Lewisin “Honk Tonk Train Blüz”-fortepiano stilinin təkamülü- parçası,
-Chuck Berrynin Rock n Roll nümuləri pianoda ifa olunacaq.

Silvan Zingg master klass zamanı 2011-ci ildə Montreux Jazz Festivalında B.B. King ilə olan təcrübəsindən və 2002-ci ildən hər il Luqano şəhərində keçirilən “Beynəlxalq Boogie Woogie Festivalı” haqqında da dinləyicilərlə məlumat verəcəkdir.

Onu da bildirmək istəyirik ki, Masterklassda Baku Jazz Festivalının təşkilatçısı, jazmen Rain Sultanov xüsusi iştirakı gözlənilir.
Musiqiçilər özləri ilə öz musiqi alətlərini gətirərək sənətçilər ilə kiçik Jazz, Blues Jam Session keçirmək imkanı əldə edəcəklər.
Master-klass 28 yanvar saat 14:00-da the Landmark Hotel və Biznes Mərkəzinin la Rotunda zalında olacaq.

Masterklassda iştirak sərbəstdir!

Əlavə məlumat üçün:
events@united-cultures.org
+99455 602 48 59

Baxılma sayı (122)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*