Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Azercell Tələbə Təcrübə Proqramı | Oley.az

Azercell Tələbə Təcrübə Proqramı

Azercell Tələbə Təcrübə Proqramı,Qış 2018|Texnologiyalar/Xidmətin İnteqrasiyası,Təhvili və İdarəedilməsi

Xidmətin İnteqrasiyası, Təhvili və İdarəedilməsinin əsas işi Azercell-in abunə və təşkilatlara verdiyi xidmətlərin kəsintisiz işləməsi, onlarla bağlı istək və şikayətlərə cavab verilməsi və yeni xidmətlərin işə buraxılması prosesində iştirak etməkdən ibarətdir.

 

İş qrafiki: Bazar ertəsi – Cümə günü, saat 09:00-18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir

İş yeri : Azercell Plaza, Baş Ofis, Tbilisi prospekti, 149

 

Tələb olunan Bilik və Bacarıqlar:

  • Balakavr pilləsinin sonuncu kursunda təhsil alan və ya Magistratura tələbələri, əsasən Kompyuter Mühəndisliyi və Tətbiqi Riyaziyyat ixtisasları üzrə
  • Azərbaycan dili – əla səviyyədə, Ingilis dili – yaxşı
  • SQL bilikləri, UNIX, Shell programming, PL/SQL bilikləri (üstünlük verilir)
  • Proqramlaşdırma bacarığı və alqoritmik düşüncə

Tələb olunan Yetkinliklər:

  • Ünsiyyət qurma, qrup şəklində işləmə, problem həlletmə, çeviklik və tez uyğunlaşma bacarıqları
  • Yenilikçilik, tənqidi mühakimə bacarığı, məntiqi və riyazi düşüncə və məqsədyönümlük

 

Əsas Öhdəliklər:

  • Xidmətlərin işləmə effektivliyini artırmaq üçün davamlı təhlilin aparılması
  • Problemlərin kökünün araşdırılması
  • Xidmətin abunələrə verilməzdən əvvəl test mühiti yaradaraq xidmət sahiblərinə təqdim edilməsi
  • Xidmətlərin təqdim edilməzdən əvvəl işin planlanması və icrası
  • Sistem resursların idarə edilməsi

 

Seçim Prosesi:

  • CV-lərin nəzərdən keçirilməsi
  • Tapşırıqlar
  • Müsahibə

 

Təcrübəçinin bələdçiləri:  SİDM qrupunun mühəndisi və koordinatoru

 

Qeyd:

  • Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər.
  • Əlavə məlumat üçün Azercell-in İşə Qəbul şöbəsi ilə internship@azercell.com e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
  • Nəzərə alın ki, internship@azercell.com ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı “Ərizəni göndər” linkindən istifadə edin.

Ərizəni göndərin: https://ts.easycruit.com/intranet/azercell/vacancy/application/send/1993985/106169?iso=az

 

Baxılma sayı (258)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*