Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
VAKANSİYA:​ Kiçik Hüquqşünas (Junior Associate) | Oley.az

VAKANSİYA:​ Kiçik Hüquqşünas (Junior Associate)

Altay Mustafayev Law & Tax​ Kiçik Hüquqşünas (Junior Associate) vəzifəsinə işə qəbul elan edir.

İş öhdəlikləri:

• Hüquqi sənədlərin, o cümlədən müqavilə, hüquqi rəy və memorandumların tərtibi;

• Hüquqi tədqiqat; • Müştərilərin müxtəlif dövlət orqanlarında təmsil edilməsi;

• Hüquqi şəxslərin dövlət qeydiyyatı, habelə lisenziya və icazələrin alınması üzrə hüquqi dəstək;

• Əmək və miqrasiya sahəsində hüquqi dəstək;

• Şirkətin fəaliyyəti üzrə müştərilərə digər hüquqi xidmətlərin göstərilməsi.

 

Əsas Tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi;

• Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq;

• Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində baza bilikləri;

• Effektiv hüquqi yazı vərdişi;

• MS Office proqramlarında işləmək bacarığı;

• Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq.

 

Üstünlük Verilir:

• Hüquq üzrə Azərbaycan və ya xarici ölkədə magistr dərəcəsi;

• Hüquqi xidmətlər bazarında iş təcrübəsi;

• Rus dilində danışmaq və yazmaq qabiliyyəti.

Maraqlanan namizədlər öz CV-lərini (Azərbaycan və ya ingilis dilində) 31 yanvar 2018-ci il tarixinədək office@altaylaw.com electron poçt ünvanına göndərə bilərlər.

Elektron poçt məktubunun “Subject” hissəsində “Junior Associate” sözünün və CV mətnində gözlənilən əmək haqqının məbləğinin qeyd olunması xahiş olunur.

Növbəti mərhələyə keçən namizədlər 5 fevral 2018-ci il tarixinədək müsahibəyə dəvət olunacaqlar.

Bu tarixə qədər müsahibəyə dəvət olunmayan namizədlər növbəti vakansiyalar üçün nəzərdən keçirilə bilərlər.

 

Baxılma sayı (149)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*