Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Təlim – “İşə qəbulun qızıl qaydaları və üzləşdiyimiz problemlər” | Oley.az

Təlim – “İşə qəbulun qızıl qaydaları və üzləşdiyimiz problemlər”

 

Biznesin intellektuallaşması şəraitində şirkət rəhbərləri getdikcə daha tez-tez kadr problemi ilə üzləşirlər. Kvalifikasiyalı, savadlı, iş təcrübəsinə malik işçi çox nadir və dəyərli resursa çevrilir və hamı onun uğrunda mübarizə aparır.

Namizədlə söhbət zamanı ən çətin vəzifələrdən biri onun əsas xüsusiyyətlərinə diqqət yetirmək və davranışlarını düzgün təhlil edə bilməkdir. Əgər bu işin öhdəsindən asanlıqla gələ bilmisinizsə, sevinməyə tələsməyin, çünki qarşıda namizədin vəzifəni necə yerinə yetirəcəyini sınamaq qalır. Onun xarakterini, bəzi şəxsi xüsusiyyətlərini bildiyiniz halda, artıq mövcud komanda ilə işləmə bacarığını da yoxlaya bilərsiniz. Beləliklə, namizədin bu vəzifə üçün nə dərəcədə uyğun olduğunu və kollektivə asan qoşulacağını görmək olar.

Səhvlərə yol vermədən düzgün qərarları necə vermək olar? Etik davranış, düzgün müsahibə vərdişləri, müsbət fikrin yaradılması və digər aktual mövzulara təlimçimiz Çimnaz Qasımovanın “İşə götürmənin qızıl qaydaları” adlı Master Class-ında iştirak edərək öyrənə bilərsiniz.

Bu təlimdə təcrübəli ekspert Çimnaz Qasımovanın rəhbərliyi altında, namizədlərin müsahibə zamanı suallara necə düzgün cavab verməli olduqlarını və HR-lar tərəfindən etibarlı məlumatların necə əldə olunmasını öyrənəcəksiniz.

Çimnaz Quliyeva İnsan Resurslarının İdarəetməsi sahəsində 17 illik geniş iş təcrübəsinə sahibdir. Azərbaycan, Qazaxıstan və Sinqapurda qabaqcıl beynəlxalq şirkətlərdə fəaliyyət göstərmişdir. Tanınmış neft-qaz sənaye şirkəti Schlumbergerdə, Bank sahəsində isə Paşa Bankda rəhbər HR vəzifəsində çalışmışdır. İnsan Resurslarının İdarəetməsinə, biznes yönümlü danışıqların aparılmasına, praktika və əməliyyatların bütün aspektlərinə nəzarət etmişdir. Həmçinin şirkətin planları və məqsədləri ilə uyğunlaşdırılan İnsan Resurslarının İdarəetməsi strategiyasının yaradılması və həyata keçirilməsində liderlik edir. ICF akreditasiyasına sahibdir.

Təlimin keçirilmə tarixi: 25 Yanvar, saat 18:00

event linki: https://www.facebook.com/events/2028567110764144/
Master Class tam ödənişsizdir. Yerlər məhdud saydadır.
Qeydiyat üçün link goo.gl/mDBMMW
Qeydiyat üçün son tarix : 24 Yanvar 2018 ci- il

Əlaqə:
+994513309933, Səriyyə Məlikova
contrast.baku@gmail.com

Baxılma sayı (334)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*