Macarıstanın Szent István Universitetinin Magistr tələbəsi – Ayxan Səmədov ilə müsahibə

– Sizi tanıyaq…

– Ayxan Səmədov. Szent István Universitetinin “Rural Development and Agribusiness” ixtisası üzrə 1-ci kurs Magistr tələbəsi.

– Niyə görə məhz Macarıstanı seçdiniz?

– Təqaüd imkanı

– Sizcə, orada oxumağın ən pis və ən yaxşı cəhətləri nələrdir?

– Azərbaycan təhsili ilə Avropa təhsili arasında orta mövqedədir.

– Fərqli cəmiyyət, fərqli insanlar. Uyğunlaşmaq nə dərəcədə çətin və ya asandır?

– O qədər də fərqli sayılmarıq. Asan oldu. Güzgüyə necə baxırıqsa elə görəcəyik.

Macarıstanda tələbə olmağın əsas prestijləri (üstünlükləri) nələrdir, sizcə?

– Bir müəllimiz bu suala yaxşı cavab vermişdi: “It depends”.

– Asudə vaxtlarınızda nə edirsiniz?

– Yataqxanada stolüstü tennis oynayırıq dostlarla. Fərqli yeməklər bişirməyi sınaqdan keçirirəm. Günə minimum 1 film izləyirəm. Budapeştdə dostlarla vaxt keçirirəm. Yatıram.

– Qəbul proseduru barədə qısa da olsa, məlumat verə bilərsinizmi? Macarıstanda təhsil almaq üçün nə etməli?

– Təhsil Nazirliyinin saytına daxil olmaq lazımdır.

– Təhsilinizi başa vurduqdan sonra əsas plan və hədəfləriniz nələrdir? Azəraycana qayıtmağı düşünürsünüzmü?

– Qayıdıb PhD dərəcəsi alaraq ixtisasımı artırmağı düşünürəm.

– Macarıstan iş və kariyera üçün nə dərəcədə əlverişlidir?

– Macar dilini bilsəniz ingilis dili bildiyiniz üçün çox yerdə xidmət sektorunda işləyə bilərsiniz. İtalyan, fransız, alman, polyak dili bilənlər üçün isə daha yuxarı maaşlı işlər mövcuddur.

– Xaricdə təhsil almaq istəyən gənclərə hansı məsləhət və tövsiyyələriniz var?

– Özünüzə inanın. Macarıstana gələndə görəcəksiniz birlik nə qədər vacibdir. Bəzən özünüzü ərəb ya da afrikan bir ölkədə hiss edəcəksiniz. Çalışın paytaxtdakı universitetləri seçin.

Macarıstanda təhsil ilə bağlı sizi maraqlandıran suallara seminarımıza qatılmaqla cavab tapa bilərsiniz:

https://www.facebook.com/events/387497395033223/

bty

 

Baxılma sayı (563)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*