İnnovativ layihələrin (startup) qəbulu davam edir

Group of Diverse People Brainstorming About “Startup”

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (YT Park) Biznes İnkubasiya Mərkəzi innovativ layihələrin (startup) qəbulunu 31 yanvar 2018-ci il tarixinədək açıq elan edir.

3 aylıq müddəti əhatə edəcək biznes inkubasiya proqramı üçün toplamda 10 startup layihənin qəbulu nəzərdə tutulmuşdur.

Layihələrin qəbul meyarları aşağıdakılardır:
-Komanda tərkibi (minimum 3 nəfər)
-Layihənin elmi əsası
-Layihənin innovativliyi
-Layihənin biznes modeli

Biznes inkubasiya proqramı çərçivəsində startup komandası aşağıdakı xidmətlərdən faydalana biləcək:
-Ofis (4 nəfərlik)
-Sürətli internet şəbəkəsi
-Mentor dəstəyi
-Biznesin inkişafı istiqamətində təlim-seminar proqramları
-AMEA-nın professor-müəllim heyəti tərəfindən layihələrə elmi rəyin verilməsi
-İnvestorlar ilə görüşlərin təşkili

*Biznes İnkubasiya Mərkəzi, AMEA Mərkəzi Elmi Kitabxanasının 4-cü mərtəbəsində yerləşir. (Bakı ş., Yasamal r., H.Cavid pr. 129)

Biznes inkubasiya proqramının sonunda həm layihələndirilməsi, həm də maliyyə vəsaiti lazımi səviyyədə formalaşan layihələrə AMEA YT Parkın Sənaye Mərkəzində rezident kimi fəaliyyət göstərməsi istiqamətində dəstək veriləcəkdir.

Müraciət üçün AMEA YT Parkın veb saytından istifadə edə bilərsiniz ( http://ameaytp.az/incubation_form.aspx ).

Həmçinin qeyd olunan link
(https://drive.google.com/open…)

vasitəsi ilə müraciət formasını yükləyib, məlumatları əlavə etdikdən sonra projects@ameaytp.az email ünvanına göndərə bilərsiniz.

Baxılma sayı (194)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*