İtaliyanın Bologna Universitetində təhsil alan tələbə Heydər İsmayıllı

Müsahibimiz İtaliyada təhsil alan Young Businnes Factory kurs tələbəsi İsmayıllı Heydərdir. Heydər Bologna Universitetində “Environmental Engineer” olaraq magistr təhsilini davam etdirir. 2016 cı il Neft Akademiyasından məzun olan Heydər Young Business Factory İELTS kursunu uğurla bitirmiş və İtaliya Universitetinə daxil olmuşdur. Xaricdə təhsil alan tələbə kimi Heydərdən sizin üçün də maraqlı ola biləcək suallara cavab aldıq.


– Son zamanlar xaricdə təhsil almağa maraq artıb. Bir tələbə olaraq xaricdə təhsil almağın səbəblərini bizimlə bölüşərdiniz?

– Əlbəttə, bunun bir neçə səbəbi var. Əsas səbəb təhsil müddətində praktikaya daha çox yer ayırmaqlarıdır ki bu da universiteti bitirdikdən sonra artıq praktikalı bir gənc olaraq iş həyatına atılmağa imkan verir.  İkinci bir səbəb isə təqaudlü təhsilin olmasıdı. Əslində mən bunu səbəb yox şans adlandırardım .

– Niyə məhz seçdiyiniz universitet ?

– Bildiyiniz kimi “Alma Mater Studiorum – Università di Bologna” qisacası Bologna universiteti italiyanin ən yaxşı universitetlərindən biridir. Bura sənəd vermədən öncə oxumaq istədiyim sahənin (Environmental Engineering ) kirriklumunu yaxşıca araşdırdım və burda veriləcək təhsilin mənim biliyimin artmasına və eləcə də  karierama böyük təsirini olacağını düşündüm.

 – Təhsil aldığınız universitetin Azərbaycandakı ali məktəblərindən hansı fərqlilikləri var? Bizi qiyabi olsa da tanış edə bilərsinizmi?

– Əvvəl də vurğuladığım kimi praktika və təhsilin ciddi keyfiyyəti .

– Tələbə həyatı dedikdə fərqli həyat tərzi göz önünə gəlir. Təhsil aldığınız ölkədə bir tələbənin həyatına nələr daxildir?

– Əslində bu daha çox individual sualdı, çünki hər tələbənin özünə uyğun həyat tərzi var burda .Bu da əsas sizin günü necə planlamağınızdan asılıdır. Belə ki, çalışdığım qədər düzgün planlayıram ki, burda həm azəri,həm də xarici dostlarla rahat vaxt keçirə bilim . Digər bir məsələ bura gəldikdən sonra istəsən də , istəməsən də yemək bişirməyi öyrənirsən. Günlük dərsə velosipedlə gedib gəlirəm və s.

– Sizin təhsil aldığınız universitetdə bir tələbə imtahanlara necə hazırlaşır? Universitetlərin kitabxanalarından istifadə şərtlərini necədir?

– Bologna şəhərində təxminən 84 min tələbə təhsil alır və buna görə də şəhərin istənilən yerində böyük kitabxanalara rast gəlmək olar. Və şərt çox sadədi : Tələbə biletini elektron oxuyucuya vurub və ya qapıda olan güvənliyə verib daxil ola bilərsiz. Günlük rutin olaraq dərsləri vaxtında oxumusuzsa imtahanda heç bir problem olmayacaq.

– Xarici ölkədə tələbələrin daha çox sərbəst olduğunu deyirlər. İlk günlərdə tələbələrlə müəllimlər arasındakı münasibətlər Sizi təəccübləndirmədi? Maraqlı nəsə baş veribmi?

– Sərbəstlik sözü çox geniş anlayışdır . Burda sizin dərsə gəlib getməkdə, imtahana girib girməməkdə, dərsi yarıda qoyub çıxmaqda tam sərbəstsiniz. Ama bu o demək deyilki siz dərsdə rahat səs sala bilərsiz . Dərsdə müəllimə sual vermək, müzakirələr aparmaq olar hansı kı Azərbaycanda da belə idi. Sadəcə yararlanmaq lazımdır. Xeyr, təəccüblənmədim,çünki əvvəlcədən özümü hazirlamışdım. Maraqlı hadisələr şübhəsiz olur, və mənimcün ən maraqlısı  mühazirələri tək universitetin professorları yox,eyni zamanda digər şirkətlərdən gələn səlahiyyətli şəxslər, bəzənsə  Oxford, Cambridge, Milan və digər universetlərinin professorları mühazirələr deyibər.

– Təhsil aldığınız müddətdə sizə ən çox çətin gələn nə oldu?

– Ən çox çətin gələn Italian dilini bilməmək oldu ki , sosial həyatda ingilis dili bilənlərlə əlaqə saxliya bilirik əsas.

– Adətlərin, mədəniyyətlərin fərqli olduğu bir ölkədə bir əcnəbi gənc olaraq rastlaşdığın çətinlik nələr oldu?

– Yadda qalacaq bir cətinliklə (“cultural shock”) qarşılaşmadım. Bəzən yeməkdən şikayətlənə bilərdim, onu da artıq günlər keçdikcə daha yaxşı yeməklər etməyi öyrənirəm.

– Azərbaycan vətəndaşı olaraq ölkəmizi təmsil etmək üçün hansı işlər görmüsünüz?

– Burda xüsusilə Mühəndislərin toplanacağı yerlər var , diskusiya zalları, klublar və s . Əyləncə olduğu zaman bir neçə azəri dostlarla  azəri rəqsləri etmişik. Və bəzən xaricilərlə toplaşanda gitarada  Azəri musiqiləri ifa edirəm.

– Sonda xaricdə təhsil almaq arzusunda olan gənclərə nə demək istərdiniz?

–  İlk öncə – çox güclü arzuluyun, ikinci  – arzunuz üçün çalışın, üçüncü – məqsədinizdən heç zaman yayınmayın. Ola bilsin bəzən çalışıb uğusuz olasız, buna görə heç vaxt peşiman olmayın cünki calışmısız. Və unutmayın ki , heç bir uğur ilk cəhddən olmur – Nikola Tesla, Elon Musk və digər dəhalar belə saysız hesabsız çətinlik görüb , necə ki biz uşaq olduğumuz zaman bir çox cəhdimiz boşa çıxsa da sonunda ayağa durub yeriməyi sonra da qaçmağı bacardıqsa

Əgər siz də İtaliyada təqaüdlü təhsil almaq istəyirsinizsə, Young Business Factory müraciət edə bilərsiniz. İtaliyada Təqaüd proqramına qeydiyyat davam edir.  İlkin ödəniş tələb edilmir. Şirkət tərəfindən xidmət haqqı Təqaüd proqramı qazanıldıqdan sonra tələb edilir.

Baxılma sayı (692)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*