Tələbələr üçün təcrübə proqramı

“Kaspi” təhsil şirkəti azərbaycan və rus bölmələri üzrə aşağıdakı istiqamətlərdə Kaspi Təcrübə Proqramını elan edir:

Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, Riyaziyyat,  İngilis dili, Rus dili, Kimya, Fizika, Biologiya, Tarix, Coğrafiya, İnformatika, Məktəbəqədər təhsil, İbtidai sinif müəllimliyi.

Tələb olunan bilik və bacarıqlar:

►Peşəsinə yüksək motivasiya ilə yanaşma;

►Fərdi və komandada işləmək bacarığı;

►Yüksək çalışmaq və öyrətmək həvəsi.

Minimum vakansiya tələbləri:

Təhsil səviyyəsi: bakalavriat pilləsinin 4-cü kurs tələbələri; magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri; 2015, 2016 və 2017-ci ilin  məzunları.

Vəzifə öhdəlikləri:

►Dərs materiallarının hazırlanmasına köməklik göstərmək;

►Şagirdlərlə dərsdənkənar əlavə məşğələlər keçmək;

►Açıq dərslər hazırlamaq və təqdim etmək;

►Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərmək;

►Dərslərdə müşahidəçi qismində iştirak etmək.

İş yeri:    “Kaspi” liseyləri, “Kaspi” bağçaları, “Kaspi” təhsil mərkəzləri

Elan tarixi: 5 Yanvar, 2018-ci il

Son tarix:  5 Fevral, 2018-ci il

İş saatları: Dərs cədvəlinə əsasən

Müddəti: 3 ay

Ödənilir: Nahar və yol xərcləri

Təcrübə proqramının sonunda tələbələr (məzunlar) “Kaspi” Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.

Təcrübə proqramını uğurla bitirən təcrübəçilər işlə təmin olunma imkanı əldə edəcəklər.

Qeyd: Namizədlər onlayn müraciət formasında iddia etdiyi vəzifə bölməsindən Təcrübəçi vəzifəsini seçməklə müraciət edə bilərlər.

http://www.kaspi.edu.az/career/

Baxılma sayı (829)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*