Young Business Factory “Improve yourself” (Özünü inkişaf etdir) layihəsinə start verdi

Tələbə olarkən hələ qarşımıza bir çox suallar çıxır. Görəsən ixtisasımı öyrənə biləcəyəm? Universiteti bitirdikdən sonra harada karyera quracağam? İş tapa biləcəyəm?

Young Business Factory bunları nəzərə alaraq tələbələr üçün “Improve Yoursel” layihəsinə start verdi. İlk təlimimiz 20 Noyabr ,saat 14:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclik korpusunda  baş tutacaq.

Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil edir.

Young Business Factory Azərbaycanda yalnız professional ilk olan təlimlər təşkil edir, buna misal “YBF İstanbul”, “Manage and Lead”, “Systematic Career”, “Profesionallar Liqası”, “Modern Management” “Digital Marketing Training” və başqalarını göstərmək olar. 

 

Təlimdə keçiriləcək modullar:

1.Şəxsi inkişaf
2.Zamandan düzgün istifadə
3.Şəxsi biznes motivasiyası

Təlimçi haqqında:

Ramin Yusubov

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Marketinq ve Koordinasiya şobəsinin Baş mütəxəssisi.
Biznes-Trener Treninqlər sahəsində 13 ildən çoxtəcrübəsi var. İran, Türkiyə, Çin, Ukrayna, Rusiya kimi xarici ölkələrdə keçirilən biznes treninqlərinin həm aktiv içtirakçısı, həm də aparıcısı olub. Aktiv, pozitiv, məqsədyönlü və çox ünsiyyətcil insandır. Güclü liderlik xüsusiyyətləri var. Müxtəlif profilli sahələrdə özünə uğur qazanmış, işlədiyi kollektivə hər zaman dəstək olmuşdur. UAFA-nın könüllüsü olmuşdur. Uzun müddət Atəşgah Sığortada böyük biznes-trener, Molbulak Kredit təşkilatında təlimçi vəzifəsində və digər sahələrdə çalışmışdır. Onun keçirdiyi təlimlər,interaktivliyi, məntiqliyi, strukturluluğu, şənliyi, motivasiyaediciliyi və ən əsası praktiki tətbiqiliyi ilə hər zaman fərqlənir.

 

Təlim Azərbaycan Dövlət İqtisad Universiteti tələbələri üçün nəzərdə tutulmuşdur.

Əlaqə
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Mob: (050) 295 46 33
Ünvan: Caspian Plaza III, 12-ci mərtəbə

 


Baxılma sayı (81)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>