ADA Universitetinin prorektoru tərəfindən tələbə-gənclər üçün master klass keçiriləcək

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “ADA” Universitetinin Magistr Tələbə Hökümətinin birgə təşkilatçılığı ilə “ADA” Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin və Amerika Ticarət Palatasının üzvü Fariz İsmayılzadə tərəfindən “Sosial media və ictimai diplomatiya müasir beynəlxalq siyasətə necə təsir göstərir?” mövzusunda tələbə-gənclər üçün master klass keçiriləcək.

Görüş 22 noyabr, saat 15:00-da “ADA” Universitetinin böyük zalında baş tutacaq.

Seminar Azərbaycan dilində olacaq və digər təhsil müəssisələrinin tələbələri də iştirak edə bilər. İştirak üçün qeydiyyatdan keçmək şərtdir. Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur.

Elektron müraciət forması: goo.gl/8uJ7HS

Son müraciət tarixi: 19 noyabr 2017-ci il

 


Baxılma sayı (108)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>