Lider’SƏN “Uğurlu Biznes MƏN” treninqini təqdim edir.

  • Natiqlik bacarığınızı inkişaf etdirmək və uğurun formulun bilmək istəyirsiniz?
  • Ünsiyyət zamanı, auditoriya qarşısında çıxışlarda çətinlik çəkirsiniz?
  • İş görüşmələrində özünəinamı dahada inkişaf etdirmək istəyirsiniz?
  • Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yollarını bilmək lazımdır?
  • Bədən Dilinin effektiv istifadəsini öyrənmək istərdiniz?
  • Müasir biznesdə PR-ın önəmini bilmək istəyirsiniz?

Belə isə Sizləri “Uğurlu Biznes MƏN” treninqinə dəvət edirik.

Treninq noyabr ayının 18-19-u (şənbə-bazar) saat 09:30-dan 17:30-a kimi World Languade Centerdə (Said Rustamov 17 – Axundov bağının yanı, Sapphire Hotelin yanı) həyata keçiriləcək.

Ölkənin mütəxəssis təlimçiləri tərəfindən keçiriləcək bu treninqin əsas mövzuları və təlimçiləri aşağıdakılardır:

  • Dr Nəcəf Allahverdiyev – “Natiqlik və Uğurun formulu”
  • Xəyal Məmmədxanlı – “Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları”
  • Rasim Adjalov – “Biznes kommunikasiya”
  • Tural Abbaslı – “PR bizdən başlayır”

Treninqdə öyrənəcəkləriniz:

-Çıxış qorxusu və onun növləri

-Özünəinam və özünəgüvənin rolu

-Uğur formulu

-Qorxu və həyacanın idarəolunması

-İmprovizə və yolları

 

-Müasır biznesın yeni normaları və qaydaları

-İdeal idarəetmə necə olmaldır?

-Dünya nəhəngləri necə etibar qazandılar

-Gillette və Starbucks nə etdi?

-Müasir biznes bizdən nələr tələb edir

-Rəqabətə dözmək üçün nələr edilməldir

-Çətin rəqabət şəraitində şirkətlər necə böyüyə bilərlər

-Korporativ idarəetmənin zərurəti

-Outsourcing və onun əhəmiyyəti

-Şirkətlərin ömrünü necə uzatmalı

 

-Business Communication əlaqə növləri

-Empatik ünsiyyət nədir ?

-Bədən Dilinin effektiv istifadəsi, ünsiyyət tərzimiz

-Tənqiddə sendviç Metodu

-Fərqli nnsan şəxsiyyətləri və xüsusiyyətləri

-Şəxsiyyət tiplərinə görə ünsiyyət

-Korporativ Qərar almada Ünsiyyətin təsiri

-Hədəf kütlələr, çalışanlar, müştərilər

-Təşkilati ünsiyyətdə istifadə edilən üsullar

 

-PR nədir?

-Müasir biznesdə PR-ın önəmi

-Made in Azerbaijan yolunda uğurlu PR

-Sosial PR fəaliyyəti və satış istiqamətli PR

-Əsl PR-çı necə olmalıdır

Treninqin proqramı:

18 Noyabr

09:30 – 09:50 – Qeydiyyat

10:00 – 13:00 – Dr Nəcəf Allahverdiyev – “Natiqlik və Uğurun formulu”

13:00 – 13:45 – coffee-break

14:00 – 17:00 – Xəyal Məmmədxanlı – “Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları”

 

19 Noyabr

09:30 – 10:00 – Qeydiyyat

10:00 – 13:00 – Rasim Adjalov – “Biznes kommunikasiya”

13:00 – 13:45 – coffee-break

14:00 – 17:00 – Tural Abbaslı – “PR bizdən başlayır”

17:00 – 18:00 – lotereya və sertifikatlandırma

 

Treninqdən sonra lotereya həyata keçiriləcək. Lotereya qaliblərinə tərəfdaşlarımızdan müxtəlif hədiyyələr təqdim olunacaq. Welcome Travel Azerbaijandan ölkə daxili turlar, Bakumoz kitab evindən kitablar, kitablara endirim kartları, Gənc Kartdan endirim kartları, Lead Internationaldan kurslara endirimlər, Tədbirli.comdan 1 illik bütün tədbirlərdə pulsuz iştirak bileti, və başqa hədiyyələr veriləcək.

 

Treninqin ödənişi: 40 Azn

Tələbələrə xüsusi endirim: 25 AZN

Korporativ təklif (şirkət əməkdaşlarına) 3 bilet – 100 AZN, 5 bilet – 150 AZN

 

Qiymətə daxildir: 4 treninq + cofee break + sertifikat + lotereya.

 

Təşkialatçı: De’Max

Tərəfdaşlar: “KarnegiKlub” Treninq Mərkəzi, Young Business Factory, ARK Business Solution, Gənc Kart, Lead International, Welcome Travel Azerbaijan, Bakumoz, Coffee Moffie, Tedbirli.com, Nicat Etibar Photography, ASCO Production

İnformasiya dəstəyi: Oley.az, Frame.az

 

Tarix: 18-19 Noyabr 2017
Saat: 09:30-17:00 (18 Noyabr) / 09:30-18:00 (19 Noyabr)

 

Qeydiyyat üçün son tarix 15 Noyabr

Online qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdMeRj1fbbqT7xEQvuKoC7P8gaSHOzXT_OTHoej_xEmCW4_MA/viewform

Event: https://www.facebook.com/events/365026093935612/?active_tab=about

İnformasiya dəstəyi: Frame.az – http://frame.az/liders%C9%99n-ugurlu-biznesm%C9%99n-treninqini-t%C9%99qdim-edir/
Məkan: World Language Center
Ünvan: Said Rustamov 17 (Axundov bağının yanı, Sapphire Hotelin yaxınlığında)

 

Bilet əldə etmək üçün ünvanlar:

Coffee Moffie (İslam Səfərli 9, Fəvvarələr meydanının yaxınlığında)

Çatdırılma

 

Əlavə məlumat və Bilet sifarişi üçün:
Əlaqə:
(050) 689-87-78
(055) 908-01-70
lidersen.az@gmail.com

FB və İnstagram səhifəmiz: @lidersen.az

 

Təlimçilərimiz:

  • Nəcəf Allahverdiyev

“KarnegiKlub”un rəhbəri, “Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti”nin aparıcı təlimçisi, “Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvü, 2012-ci il Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın Mükafatçısı, Biznestrener və  Couch

“Xarizmatik Natiq”; ”Effektiv Satış”; “Mind Map (Beyin Xəritəsi)”; “İdeyaların Generatoru”; “Time Management”; ”Psixoloji Aykido”; “Tibbi Marketinq”; “Dental Marketinq” treninqlərinin təlimçisi

1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1993-cü ildən tibbi fəaliyyətlə məşğuldur. 2000 ildən bu günə kimi şəxsi klinikanın baş həkimidir.

1999-cu ildən “Bilik” Cəmiyyətində müəllim fəaliyyətinə başlayıb. Psixologiya və özünü dərk etmənin müxtəlif aspektləri üzrə dərs deyib. Elə o dövrdən “İdealar Generatoru” təlimini tədris etməyə başlayıb.

2001 ildə PR üzrə kurs bitirmişdir.

2006 ildə PhD (psixoterapiya ixsisası) üzrə Xəzər universitetinə daxil olub. Eyni zamanda universitetin “Tibbi biliklər” kafedrasında müəllim fəaliyyətinə başlayıb. Həmçinin 2007 – 2008-ci illər Bakıxanov adına sarayın nəznində Qızlar Gimnaziyasında dərs deyib.

2010-cu ildə “Moskva Ritorika və Natiqlik Bacarığı Universitetini” bitirib, müstəqil trener statusunu alıb. Həmin ildən Beynəlxalq trenerlər assosasiyasının üzvüdür.

2012-ci ildə Moskva şəhərində “Moskva Ritorika və Natiqlik Bacarığı Universitetin”də ixtisasını təkminləşdirib və eyni zamanda “Beynəlxalq Oratorlar Çempionatının” Gümüş mükafatını əldə etmişdir.

2012-ci ildə “TrenerPROFFİ” Biznes treninq mərkəzində “Satış Treninqi” üzrə Trenerlər treninqini bitirmişdir.

2013-cü ildə Türkiyədə “Dental Marketinq”, “Bazarlama” və “Zaman Bölgüsü” treninqlərini bitirmişdir.

2013-cü ildə “Brian Tracy İnternational” tərəfindən “Maksimum Nailiyyət” biznes seminarını bitirmişdir.

2011-ci ildən Bakı şəhərində “KarnegiKlub” Treninq Mərkəzinin təsisçisi və rəhbəridir.

2015-ci ildə Moskva ş. Biznesin İnkişafı Universitetində NlP təlimlərini və Sinergiya universitetində “Taym menejment” təlimini biitirmişdir.

2016- cı ildə ABŞ liderşip Universitetinin proqramı ilə Kouç ixtisasına yiyələnmişdir.

100-dən çox qrupda 5000 nəfərədək tələbəyə dərs deyib.

Aşağıdakı Universitetlərdə Masterklass təlimləri keçirmişdir:

Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Univeristeti, Azərbaycan Kooperasiya Universitet, Odlar yurdu Universiteti, Azərbaycan Avrasiya Universiteti, Bakı Dövlət Universiteti

O cümlədən aşağıdakı şirkət və təşkilatlarda korporativ treninqlər keçirmişdir:

“ASAN” xidmət Dövlət İdarəsi, XİN -Xarici İşlər Nazirliyi, “Lexus” avtomobil şirkəti, “TOYOTA” avtomobil şirkəti, “BeSmart” şirkəti, AccessBank, “Caspel” şirkjəti, “189” taksi xidməti, “KTİB” şirkəti, “Təmiz Dünya” ictimai birliyi, “AzEstetik Group” şirkəti, “Tiens Group Co” şirkəti, “Progress Academy” training center, “BHB” projects and advertising agency, “EstetikDiş” klinikası, “Pen Group” şirkəti, “Podium” dükanı, “ARMADA” Korparassiyasinda, “Kaspident” Şirkətində, “AzDent” klinikasında, “Sağlam Diş” klinikasında, “Avrokeramika” dükanı, “İrəli” Gənclər Birliyi, “Engineering for KİDS” kampında, “EM&ME ” Parfum şirkətində, Həmkarlar İttifaqlarıının sədirləri üçün treninq və s.

Türkiyə (Ankara) və Ukraynada (Kiyev) təlimlər vermişdir

İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da müxtəlif seminarlarda iştirak edib.

 

  • Xəyal Məmmədxanlı

ARK Business Solutions şirkətinin təsisçisi və ortağı

1978 – ci il iyun ayının 11 də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində ziyalı ailəsində anadan olub. 1985 – 1992 ci illərdə Kolanı kənd orta məktəbində, 1992 – 1996 cı illərdə isə Naxçıvan Türk Liseyində təhsil alıb. 1996 – cı ildə Naxçıvan Türk Litseyini fərqlənmə ilə bitirərək Ankara Universitetinin Siyasi Elmlər Fakultəsinə, Selçuk Universitetinin İqtisadiyyat fakultəsinə və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinə daxil olub. 2000 – ci ildə BDU – nin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002 – ci ildə Magistr pilləsini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomları ilə bitirib, 2002-2005 – ci illərdə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasında aspirantura təhsilini başa vurub. Sığorta sahəsində təhsilini London Sığorta İnstitutunda da davam etdirib və 2005 ci ildə Diplomla (Dip CII) təltif olunub. 2000 – ci ildə iş həyatına AR Dövlət Neft Şirkətinin (SOCAR) Xarici Sərmayələr İdarəsində baş mütəxəssis kimi başlayıb, daha sonra «Atəşgah» Sığorta Şirkətində əvvəlcə hüquqşünas, daha sonra isə Hüquq və Zərərlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2002 – ci ildə o dövrün ən böyük sığorta şirkəti olan “Beynəlxalq Sığorta Şirkəti» nin İdarə heyətinin sədri vəzifəsinə təyin olunub və 2006 – cı ilə qədər həmin şirkətdə İdarə heyətinin, daha sonra isə Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. 2004 – cü ildə Azərbaycan Sığortaçılar Birliyini yaradıb və 2006 – cı ilə qədər Birliyə rəhbərlik edib. 2006 – 2007 ci illərdə qısa bir müddət Turquoise MMC – nə rəhbərlik edib, 2007 – ci ilin yanvar ayından isə AzSığorta ASC İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin olunub və 2009 – cu ilin oktyabr ayına qədər həmin vəzifədə, eyni zamanda isə qurulma prosesində olan AZFİNANSBANK ASC – nin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. 2010 – cu ilin aprel ayından 2011 ci ilin iyun ayına qədər Alfa Sığorta ASC – nin Direktorlar Şurasına sədrlik edən Məmmədxanlı 2011 ci ilin oktyabr ayından 2013 cü ilin fevral ayına qədər Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasında Mərkəzi Aparatın rəhbəri və İdarə heyətinin üzvü vəzifəsində fəaliyyət göstərib.

Hal-hazırda Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker şirkətində Baş Kommersiya Direktorudur.

 

  • Rasim Adjalov

Rasim Adjalov Xəzər Universitinin “Business Administration” ixtisası üzrə təhsil almışdır. BMW Foundation, Pasha Bank Alumni Club-un üzvüdür. Oley.az saytının və Young Business Factory şirkətinin təsisçisidir.

 

Rasim Adjalov CİPE (USA) və Pasha Bank Alumni Club məzunudur. İndiyə kimi Biznes inkubator layihələrində, Turizm nazirliyinə, İqtisadi inkişaf nazirliyinə biznes planlar təqdim etmişdir. 2011 Respublika Biznes müsabiqəsində, Amerika səfirliyinin layihələrində, USAİD Georgia, Bakı Dövlət Universiteti, Biznes Universiteti, CES, özəl şirkətlərdə təlimçi olmuşdur.  2014 Avropa Sahibkarlıq Çempionatının finalistidir. İndiyə kimi Bakery House, Happy İnn 5 star,  Odis Azerbaijan, Nar mobile, CBS American TV, Dirol Cadbury şirkətlərində çalışmışdır. Adjalov indiyə kimi 800-dən çox tələbənin Business və Career planing  mövzusu üzrə konsultantıdır.

 

  • Tural Abbaslı

Bakalavr təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində İqtisadiyyat və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Magistr təhsilini Memarlıq və İnşaat Universitetində fərqlənmə diplomu ilə bitirib.

2004-cü ildən 2005-ci ilə kimi Space TV-də Baş koordinator vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azerpassillo Consulting Engineering Company-də PR menecer vəzifəsində, 2008-2009-cu illərdə R&R Travel Company-də Marketinq və PR menecer vəzifəsində, 2009-2016-cı illərdə “MƏTANƏT A” şirkətində PR menecer, daha sonra PR departament rəhbəri olaraq çalışmışdır. 2011-2013-cü illərdə xüsusi proyekt çərçivəsində “VEYSƏLOĞLU MMC” və “Ulduz” şokolad fabrikində ilk PR strukturun formalaşmasında PR konsepsiyasının müəllifidir. 2016-2017-cı illərdə BSC consulting &outcoursing şirkətində marketinq və satış departamenti direktoru vəzifəsində çalışmışdır. hal-hazırda “Made in Azerbaijan” konsepti üzrə xüsusi layihədə marketinq kommunikasiyaları üzrə baş direktorun müavini vəzifəsini icra edir.

PR üzrə mütəxəssis və təlimçidir.

PR sahəsində Türkiyədə müxtəlif vaxtlarda təhsil almış, təlim və elmi konfranslarda iştirak etmişdir. Beynəlxalq İctimaiyyətlə Əlaqələr Asossiasiyasının üzvüdür. PR sahəsində bir neçə məqalələrin müəllifidir.


Baxılma sayı (98)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>