“Könüllü” TƏLƏBƏ – TƏQAÜD PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramın 5.7.5-ci bəndinə müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin ifadə edilməsi məqsədi ilə Azərbaycan Universitetinin, ASAN Könüllüləri Təşkilatını, və “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin təşəbbüsünə əsasən ali məktəb tələbələrinin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi məqsədi “Könüllü” Tələbə təqaüd proqramı elan edir.

Təqaüd proqramının Fondu:
Dr. Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclərin şəxsi inkişaf və motivasiya kitabının satışından əldə edilən vəsait əsasında müəllif tərəfindən tələbələrin təhsil imkanlarının artırılması və tələbələrin mütərəqqi ideyalarının dəstəklənməsi üçün könüllü olaraq təqdim olunur.
Təqaüd Fondunun ümumi miqdarı: 3000 azn
Müsabiqədə qalib seçiləcək tələbələrin sayı: 6 nəfər
Bir tələbə üçün təhsil haqqı ödənişi və təqaüdün miqdarı: 500 azn.Təqaüd təhsil haqqının tələbənin təhsil aldığı Universitetin hesabına köçürmə yolu ilə ödənilməsi formasında və yaxud da təhsil haqqından azad tələbənin xüsusi bank kart hesabına köçürüləcəkdir.Qeydiyyat: goo.gl/eeasMq

İstisna suallar ilə bağlı:
Ətraflı məlumat və istisna suallar ilə bağlı:Azərbaycan Universitetinin facebook səhifəsi https://www.facebook.com/AzerbaycanUnv
“Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsi https://www.facebook.com/eduaz
ASAN Könüllüləri Təşkilatının facebook səhifəsi https://www.facebook.com/Asan.Youth/

 

 


Baxılma sayı (225)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>