Filial, şöbə müdiri – GunayBank ASC Bakı

Təsviri

• Filialın işini təşkil edərək, filialın fəaliyyətinə nəzarət etmək
• Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə heyəti sədrirnin əmr və sərəncamlarını icra etmək;
• Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
• Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək;
• Filialın müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək;
• İşçiləri qiymətləndirmək və motivasiya etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Filiala etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.
• Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;

Tələblər

• Ali İqtisadi və ya hüquqi təhsil;
• Bank sahəsində minimum 5 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsinin olmasıarzuolunandır. Rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
• İnzibatçı kimi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) xüsusi komissiyasının attestasiyasından keçmiş olmalıdır.
• Qüvvədə olan bank qanunvericiliyini və aidiyyəti təlimatları bilməli;
• Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
• Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
• Biznesi inkişaf etdirmə bacarığı;
• Azərbaycan və rus dillərində səlis ingilis dilində orta səviyyədə danışıq bacarığı;
• MS Office-dən istifadə bacarığı;
• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
• Strateji və analitik düşünmə qabiliyyəti;
• Liderlik qabiliyyətinin olması.

Ümumi məlumat

Əlavə edilib: 11-10-2017
Əmək haqqı: 800 – 1000 azn  
Əlaqə məlumatı

Əlaqə üçün e-mail: cv@gunaybank.com




Baxılma sayı (226)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>