Sumqayıt Texnologiyalar Parkı MMC – Metal konstruksiyalar zavodu, Quraşdırma-hazırlama sahəsi, Mühəndis

Vəzifənin adı: Metal konstruksiyalar zavodu, Quraşdırma-hazırlama sahəsi, Mühəndis

Vəzifə öhdəlikləri:

• İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
• Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
• Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Müvafiq sənədləşmə işlərinin aparılması;
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
• Müvafiq hesablamaların aparılması (işin həcmi, istifadə materialları, işçi qüvvəsi);
• İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq, işin görülməsinin təmin edilməsi.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməli;
• Stressə dözümlülük, texniki həll verə bilmək bacarığı, təzyiq altında işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office proqramları;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
• Tikinti istehsalatının təşkili və texnologiyasını; tikilən obyektlərik layihə-smeta sənədlərini bilmək;
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri bilmək.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: recruitment@stp.az


Baxılma sayı (165)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>