Bank “BTB”

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

  1. “Young Business Factory” – “Professional IELTS”
  2. “Young Business Factory” – “Professional English Course”

 

Bank “BTB” ASC Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir  (“Gəncə” filialı).

Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi

İş barədə məlumat:

• Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
• Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
• Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;
• Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
• Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
• Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Plastik Kartlar şöbəsinə təqdim etmək;
• Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
• Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

• Vahid komandada işləmək qabiliyyəti;
• Azərbaycan, rus dillərini bilmək;
• Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
• Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.10.2017-ci il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Gəncə “ filialı, Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Baxılma sayı (97)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*