Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
International Bank of Azerbaijan Republic | Oley.az

International Bank of Azerbaijan Republic

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

  1. “Young Business Factory” – “Professional IELTS”
  2. “Young Business Factory” – “Professional English Course”

“ABB” ASC  Korporativ Biznes Departamentinin Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə təcrübə proqramı üzrə vakansiya elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
 Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
 Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
 Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Vakant vəzifə üzrə tələblər:

 Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
 CFA Səviyyəsi üzrə müəyyən bilgilərə sahib olmaq;
 Maliyyə hesabatların təhlili, Şirkətin qiymətləndirilməsi bacarıqları;
 Analitik və strateji baxış bacarıqları;
 Yüksək şəxsi keyfiyyətlər;
 Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
 Excel, PowerPoint, Word proqramlarındə sərbəst istifadə qabiliyyəti.

Şəxsi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Təqdimat bacarığı;
 Analatiki bacarıqlar;
 Vaxtın idarəedilməsi;
 Ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
• Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 sentyabr  2017-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Təcrübəçi – Maliyyə Təhlili)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Baxılma sayı (250)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*