Vakansiya: Rus dili müəllimi

Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir.

Tələblər:

Yaş həddi – 22-45;

Rus dili ixtisası üzrə ali təhsil;

Pedaqoji iş təcrübəsi (minimum 1 il);

Dil bacarıqları – Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli (ingilis dili biliyi əlavə üstünlükdür);

Kompyuter bacarıqları (orta səviyyə);

Ünsiyyətcillik, məsuliyyət, yaradıcılıq və punktuallıq xüsusiyyətləri vacibdir.

 

İş öhdəlikləri:

Mərkəz tərəfindən müəyyən olunmuş proqram əsasında rus dili dərslərinin aparılması

Proqram çərçivəsində dərslərin planlaşdırılması, təşkili və aparılması

Tələbələrin fəaliyyətinin vaxtında və tam uçotunun aparılması

Tələbələrin nailiyyətlərinin ölçülməsi və qiymətləndirmənin uçotunun aparılması.

 

İş vaxtları:

Həftəlik maksimum 20-40 saatlıq iş rejimi

Həftənin 4 və ya 6 günü

 

Əmək haqqı: 400-600 AZN

 

İşə qəbul imtahan və müsahibə yolu ilə həyata keçirilir.

 

İş yeri: Müsahibədən uğurla keçən müəllimlər Young Business Factory şirkətində çalışacaqlar. Maraqlanan şəxslər CV-lərini ybfhrmanager@gmail.com  elektron ünvanına Subject bölümünə “Russian language instructor” yazaraq göndərə bilər.

 

Young Business Factory Ofisi

Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə


Baxılma sayı (92)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>