Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası təcrübə proqramına qəbul üçün müsabiqə elan edir

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

  1. “Young Business Factory” – “Professional IELTS”
  2. “Young Business Factory” – “Professional English Course”

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir.

Təcrübəçiyə dair tələblər:

  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İntizamlılıq və məsuliyyətlilik;
  • Kompüter və xarici dil bilikləri;
  • Müraciət etdiyi sahənin fəaliyyətinə uyğun məlumatlılıq.

Təcrübə proqramına müraciət:

Müraciətçilər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçilməlidirlər:

  • Hüquq
  • Bank fəaliyyətinə nəzarət
  • Sığorta fəaliyyətinə nəzarət
  • Kapital bazarlarına nəzarət
  • Ödəniş sistemlərinə nəzarət
  • Prudensial siyasət və metodologiya
  • Beynəlxalq əlaqələr
  • Maliyyə
  • İnsan resurslarının idarə edilməsi
  • Katiblik

Seçim mərhələləri

  1. Təcrübə proqramında məzunlar və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər.
  2. Daxil olmuş müraciətlər İnsan resursları idarəsi tərəfindən nəzərdən keçirilir.
  3. Namizədlər ilkin müsahibə, test imtahanı və aidiyyəti departamentlərlə müsahibə mərhələrinə dəvət olunur.
  4. Mərhələləri uğurla keçmiş namizədlərlə müqavilə bağlanır və təcrübəyə başlanılır.

Proqramda iştirak etmək üçün müraciətçilər şəxsiyyət vəsiqəsi, diplom (məzunlar üçün) və Təcrübə proqramına qəbul üçün müraciət anketi”nin eletron nüsxələrini (skan versiyaları) internship@fmsa.azelektron poçt ünvanına göndərilməlidirlər.

 

Son müraciət tarixi: 01 sentyabr 2017-ci il


Baxılma sayı (125)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>