Türkiyədə təhsil alan tələbəmizdən müsahibə

Türkiyədə təhsil alan tələbəmizdən müsahibə

1. Salam Nərmin, ilk olaraq səni tanıyaq. Nərmin Əlibəyova kimdir və hal hazırda harada təhsil alir?

Salam mən Nərmin  Türkiyənin İstanbul səhərində yərləşən Istanbul univərsitəsində təhsil aliram, iktisat fakultəsi işlətmə bölümü 3-cu kurs tələbəsiyəm.

2. Türkiyədə  ali təhsil almaq marağı səndə nə vaxt yarandı  və oradakı təhsilin səviyyəsi haqqında nəcə məlumata sahib oldun?

Mən hər zaman Türkiyədə  təhsil almaq istəyirdim. Hal hazirda burda təhsil aldiğim  üçün özümü şansli həsab ədirəm. Düşünürəm  ki, Türkiyədə təhsil daha güclüdür. Daha öncələr orada təhsil alan bir nəcə tanişim var idi, və  mən də 11- ci sinifdə qəti qərar vərdim ki ,mən məhs Türkiyədə təhsil alacam.

3. Oxuduğun Universitet, Fakultən haqqında oxuyucularımıza ətraflı məlumat ver ki, orada təhsil almaq istəyənlərin və ya səçimində çətinlik çəkənlərin bəyinlərində müəyyən forma yaransın.

1453 cü  ildə, Fatih Sultan Məhmətin Istanbulu fəth ətməsi ilə başlayan, “Yəni Cag” in bir  başqa əsas hadisəsi də, İstanbul univərsitətinin  gələcəyə uzanan təməllərinin qoyulmasidir. İstanbul univərsitəti, avropada qurulan ilk 10 univərsitətdən biri olma ayricaligini qururla danişmaqdadir. 2011 ci ildə dünyanin ən yaxşi univərsitətləri sirasinda, Türkiyə univərsitətləri arasinda məhz İSTANBUL UNIVƏRSITƏSI yər almişdir. Əyni zamanda ,dahi insan Mustafa Kəmal Atatürkün də oxuduğu univərstətdir. Oxuyucularimiza İstanbul univərsitəsində təhsil almaği məsləhət görürəm.  Mən hətta magistraturami burada davam ələtdirəcəyimi düşünürəm.

4. Səçimindən nə dərəcədə  razısan və nə kimi üstün cəhətlərini görürsən?

Səçimimdə yanilmadiğima əminəm. Çünki Türkiyədə təhsil, ölkəmizdəki təhsildən daha güclüdür. Bunu hər bir Azərbaycanli  tələbə təsdiqləyə bilər . Mən burada iqtisadiyyat üzrə təhsil aliram, burada iqtisadiyyat üzrə təhsil alan Azərbaycanli tələbələrimiz, ölkəmiz üçün çox önəmli kadrlardir. Gələcəkdə iqtisadiyyatimizin inkişafinda önəmli rolumuzun olacağini düşünürəm.

 

5.Türkiyə və Azərbaycan, bu iki dövlətin,mədəniyyətlərin, adət ənənələrin arasında nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansı maraqlı məqamları görmüsən?

Mən Türkiyə və Azərbaycani ayirmiram çünki hamimiz Türkük və aramizda yalniz siyasi sərhədlər mövcuddur. Bizim  ətnik kimliyimiz bir olduğundan dilimiz kimi də adətlərimiz və ənənələrimiz əynidir. Düzü orada adət-ənənə baxımından həç bir fərqlilik görməmişəm əyni  bizdə olduğu kimi böyüyə hörmət, ailə dəyərləri, cəmiyyət institutu dəmək olar ki, əynidir. Sadəcə Türkiyədə ötən əsrin ortalarından sonra bir mədəniyyət dəvrimi yər aldığından ilk baxişdan bəzi məqamlar fərqli  görsənə bilər, amma  Türkiyədə yaşadığım dövrdə cəmiyyətlə və insanlarla daha yaxından tanış olduqdan sonra doğrudan da BİR MİLLƏT İKİ DÖVLƏT olduğumuzu fərq ətdim. Düşündüyümə görə bizim aramızda həçç bir ayrılıq yoxdur. Hamımız TüRKüK! YAşASIN BÖYÜK TÜRK!

6.Oxumaq üçün gətdiyin ilk zamanlarda hansi çətinlikləri gördün? Mühit sənə nəcə təsir ətdi?

Əslində mən həç bir çətinliklə qarşilaşmadım. çünki öz qardaş ölkəmiz olduğu üçün, mənə yətərincə kömək göstərirdilər. Özümü yabancı bir ölkədə yox öz ölkəmdə kimi hiss edirəm. Demək olar ki, qarşıma çıxan 10 insandan 1-i mütləq həmyerlimizdir. Burada insan istəsə belə özünü  yad hiss edə bilmir. Mən mühitdən çox məmnunam.

7 .Maraqlıdır 1 ay ərzində nə qədər xərc çıxır? Xarici tələbələr üçün part time iş yeri nə dərəcədə var? 

Bu məsələ elədir ki , hər insanın özündən aslıdır. Yəni hər kəs çox pul xərcləmək rahat yərdə qalmaq yaxsi qidalanmaq istəyər. Amma bunları kənara qoysaq və əsl tələbə həyati yasasaq əlbəttə ki 200-300 manat bir tələbənin təlabatlarını ödəyir. İş yerlərinə gəldikdə isə onu qəyd edim ki, Türkiyədə işləmək üçün  çalışma izni olmalıdır o da təzəlikcə tələbələrimizə icazə verilib. Rus və inigilscə bilən tələbələrə  is tapmaq daha asandır .

8. Təhsildən başqa bəynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilirsən? Bir Azərbaycanlı tələbə kimi ölkəni xaricdə necə təmsil edirsən?

Əlbəttə ki, mən öz lkəmin tanınması və ölkəmin pozitiv imicinin yaradılması üçün çalisiram. Müxtəlif beynəlxalq konfranslarda iştirak edirəm, universtetin təşkil etdiyi konfranslara və forumlara da qatılıram. Qeyd edim ki,  fəal iştirak edən tələbələri univərstet sertifikatla muükafatlandırır. İstanbulda ölkəmizin tələbə cəmiyyəti var, hansı ki Azərbaycanı muxtəlif sahələrdə təmsil etdiyim üçün mənə kömək edirlər. Misal üçün Azərbaycan Dövlət Müstəqilliyi gününü qeyd edirik və xarici tələbələri dəvət ədirik və balaca öz ölkəmizi tanidırıq .

9. Türkiyədə təhsili tamamladıqdan sonra nə kimi planların var? Harada yasamağı və yaxud karyeranı davam etdirməyi planlasdaşdırırsanmı?

Az öncə qeyd ətdiyim kimi mən  bakalavr təhsilimi bitirdikdən sonar magistratura təhsilimi də elə öz universitəmdə davam ələtdirmək istəyirəm. Daha sonra  isə iş baxımından təbii ki öz ölkəmdə ixtisasıma uygun bir yərdə calışacağımə planlaşdırıram.

10. Xaricdə təhsl almaq istəyən gənclərə nə kimi məsləhətlərin var?

Gənclərə məsləhətim budur ki, əgər imkan daxilində alınırsa geriyə çəkilməsinlər. Heç bir pəşmanlıq çəkməzlər. Yüksək səviyyədə təhsil almaq , dünya görüşünü artırmaq , zəngin biliyə malik olmq istəyirlərsə xaricdə təhsil almağa üstünlük versinlər. Başqa ölkədə müxtəlif müəllimlərdən ,professorlardan dərs almaq biliyimizin inkişafında böyük rol oynayır.

11.Son olaraq Oley.az-a sözün?

Müsahibəyə dəvət etdiyiniz üçün  oləy.az  əməkdaşlarına təşşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar diləyirəm . Hələlik.

er tg tr uy v


Baxılma sayı (6977)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>