Baş maliyyə direktorunun asistenti

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

 

İdarə: Maliyyə İdarəsi

Birbaşa rəhbər: Baş maliyyə direktoru

Dərəcə:  İdarəetmə səviyyəsi

Vəzifə öhdəlikləri

AZRC-in  azsaylı əsas hədəfləri
• Öz xərclərinin sahibi olmaq
• Fəal iştirak etmək və səlahiyyət sahibi olmaq
• Proseslərə qoşulmaq
• Əməliyyat mükəmməlliyi nümayiş etdirmək
• Müştəri problemlərini həll etmək

Əsas öhdəlikləri

• Təşkilat xaricində və daxilində insanlara yardım etmək, BMD-ın öz vaxtından və səylərindən optimal istifadə edə bilməsi və gündəlik iş yükünün azaldılması üçün fəaliyyətləri əlaqələndirmək məqsədilə rəhbərin (menecerin) əsas nümayəndəsi vəzifəsini yerinə yetirmək.
• Ofis sistemlərini işləyib hazırlamaq və istismarını yerinə yetirmək, o cümlədən məlumatların idarə olunmasını və arxivləşdirilməsini həyata keçirmək;
• Səfər, viza, yerləşdirmə kimi prosesləri təşkil etmək və bəzi hallarda, toplantılarda qeydlər aparmaq və ya təqdimatlarda ümumi yardım göstərmək üçün menecerlə səfər etmək;
• Telefon zənglərini, sorğu və tələbnamələri araşdırmaq və lazım olan zaman həll etmək;
• Bütün səviyyələrdə ziyarətçiləri qarşılamaq və onlarla görüşlər keçirmək;
• Gündəlik aparmaq və görüşlər təyin etmək; BMD-in vaxtını lazımsız müdaxilələrdən qorumaq üçün onunla əlaqəni tənzimləmək
• Menecerin bəzi cavabdehliklərini öz üzərinə götürmək və rəhbərliklə daha sıx işləmək;
• Tələb olunan zaman bölgələrə səfər etmək
• İş saatlarından artıq və gecə saatlarında işləmək və 24/7 əlaqəyə hazır olmaq
• Şirkətin bütün siyasət və proseduralarına riayət etməlidir
• Şirkətin Sağlamlıq və Təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etməlidir.

Digər öhdəlikləri 

Bu vəzifə üzrə tələb olunan kvalifikasiya, təcrübə və bacarıqları
Təhsil Bakalavr
İş təcrübəsi Müvafiq sahədə 4 il

Xüsusi peşə bacarıqları

Kompüter bacarıqları  

MS OFFICE PROQRAMLARI: EXCEL, WORD, VISIO, ORACLE ERP SİSTEMİ, POWER POINT, OUTLOOK

Dillər: Azərbaycan, İngilis dilləri ( rus dili arzuolunandır)

Şəxsi keyfiyyətlər/ davranış

• Səmimi və xoşrəftar olmaq;
• Araşdırma, tədqiqat və problem həlli.
• Ünsiyyət: üzbəüz, telefon, elektron poçt vasitəsilə və s.
• Müsbət münasibətlər formalaşdırmaq.
• Stress və münaqişəli vəziyyətləri idarə etmək.
• Komanda işi.

Əlavə bilik və bacarıqlar

• Yazılı materiallar tərtib etmək və redaktə etmək bacarığı.
• Məlumat toplamaq, informasiya tərtib etmək və hesabatlar hazırlamaq bacarığı

Müraciətlər recruitment@azerconnect.az ünvanına göndərilməlidir.

Başlıqda Baş maliyyə direktorunun asistenti qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Baxılma sayı (173)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*