Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Milli Azərbaycan Tarixi Muzeyi hərb tarixi ilə məşğul olan alim və müəllifləri əməkdaşlığa dəvət edir. | Oley.az

Milli Azərbaycan Tarixi Muzeyi hərb tarixi ilə məşğul olan alim və müəllifləri əməkdaşlığa dəvət edir.

2017-ci il 21-23 iyun tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan hərb tarixinə həsr olunan kitabların “Hərb tariximizi öyrənək!” adlı sərgisinin keçirilməsi nəzərdə tutulur.

Sərginin məqsədləri:

1.Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq;

2.Hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri geniş ictimaiyyət, ilk növbədə gənclərlə tanış etmək.

Sərgidə təşkilatlar, nəşriyyatlar, kitab mağazaları, elmi qurumlar, təhsil ocaqları, həmçinin Azərbaycan hərb tarixinə həsr olunan kitabların müəllifləri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs – t.ü.f.d. Səbuhi Əhmədov  – tel. 493 -17 -88

Baxılma sayı (167)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*