Portuqaliyada təhsil alan tələbəmizdən müsahibə

Portuqaliyada təhsil alan tələbəmizdən müsahibə

1. Salam Şahin, ilk olaraq səni taniyaq. Şahin Hüseynli kimdir və hal hazırda harada təhsil alır?

Əleykümə salam,  mən Hüseynli Şahin 1991-ci il sentyabr ayının 13-ü Bakı şəhərinin Nərimanov rayonunda anadan olmuşam. Nerimanov rayonunda 212 nömrəli məktəbi 2009-cu ildə bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat universitetinin bakalavr üzrə “Geodeziya və Xəritəçilik” ixtisasına qəbul olmuşam. Və paralel olaraq Azcon Ltd, Bakı Şəhəri İcrə Hakimiyyəti və Bakı Metro Layihə İnstutunda ixtisasım üzrə staj alıb və işləmişəm. 2013-cü ildə AZMİU-nu bitirdikdən sonra Erasmus Mundus proqramı üzrə Almaniyada University of Munster-in “Geospatial Technologies” ixtisası üzrə magistra qəbul oldum.Proqrama görə ilk smestri Portuqalyada davam etdirirəm və növbəti 2 semestrləri isə Almanyada davam etdirəcəm. Hal-hazırda Lissabonda New University of Lisbon-un “Statistics and information management” (ISEGI) fakultəsində ixtisasımı davam etdirirəm.

 2. Portuqaliyada ali təhsil almaq marağı sənde nə vaxt yarandı ve oradakı təhsilin səviyyəsi haqqinda necə məlumata sahib oldun?

Bu üçüncü kursda qarşıma qoyduğum və yerinə yetirdiyim məqəsdlərdən biri idi. Fikrimcə elə bir tələbə yoxdurki ölkədən kənarda Avropada və ya Amerikada təhsil almağa marağı olmasın. Dediyim kimi erasmus proqramı sayəsində burdayam. Amma əslinə qalsa Portuqaliyada təhsil almaq istəyim az deyildi bunu təsdiq edəcək admalarda var. Lakin elə alındı ki, Portuqalyada hər hansı bir universitetə bilavasitə müraciət edə bilmədim. Biraz vaxt keçdikdən sonra qəbul cavabı gələndə və Lissabonda oxuyacağımı gördükdə təbii olaraq sevincimi gizlədə bilməzdim və hamıyala bölüşmüşdüm.

Çox insan iqtisadi böhrana görə Portuqalyadakı təhsili elədə yaxşı adlandırmır. Mən bununla tam razı deyiləm və deyə bilərəm ki, burada olan təhsil səviyyəsi Şərqi Avropa ölkələrində olan təhsildən daha çox güclüdür və Almaniya, İngiltərə, İtalya və başqa güclü təhsilə malik olan ölkələrlə eyni səviyyədədir.

3. Oxuduğun Universitet, Fakultən haqqında oxuyucularımıza ətraflı məlumat ver ki, orada təhsil almaq istəyənlərin və ya seçimində çətinlik çəkənlərin beyinlərində müəyyən fikir  yaransın.

1973-cü ildə yaranan “Universidade Nova de Lisboa” Portuqalyada əsas və eləcədə Avropada sayılıb seçilən unıversitetlərdən biridir. Dünyanın bütün nöqtələrindən olan tələbələr burada təhsil alır.  Xüsusən iqtisadiyyat və mənim təhsil aldığım ixtisaslar daha populyar olduğunu deyə bilərəm. Yaşamın burada digər Avropa ölkələrinə nisbətən ucuz olması buna biraz da təsir edir.

Mənim fakultəm isə 2013-cü ilin nəticələrinə görə Avropada bu il birinci yerə layiq görülüb. Təbii ki, professorlarımın dünya üzrə məşhur GİS( Coğrafi İnformasiyalar Sistemi) mütəxəssizi olması amilidə var. Məsələn Pr.Marco Painho, Pr. Alan Glennon və başqaları. Adın çəkdiyim bu şəxslər GİS-in “xaç atası” ləqəbli M.Goodchil-in ilk tələbəridirlər. Bundan əlavə ABŞ-dan xüsusi professorlarda bizlərə son texnologiyaları çatdırmaq üçün hər il dəvət olunurlar.

4. Seçimindən nə dərəcədə razısan və nə kimi üstün cəhətlərini görürsən?

Seçimimdən tam razıyam. Son texnologiyalar üzrə və ən sevdiyim ixtisas üzrə təhsil alıram. Üstün cəhəd odur ki, dərslərin ağır olmasına baxmayaraq buradakı təhsil sistemi çox rahatdır. Yəni proyektlərini vaxtında və yüksək dərəcədə çatdırmadıqda imtahanlara girmirsən. İmtahana hazırlaşmaq isə demək olar bir semestirin ağırlğına bərabərdir. Bundan əlavə mənim və qrup yoldaşlarımın xüsusi hər şəraitə malik dərs otaqlarımız var. Proyektlər və tapşırıqlar üçün istədiyimiz  məlumatları kitabxanalardan və ya professorların e-bookları vasitəsi ilə rahatlıqla əldə edirik. İnternetdən və sovetin kitablarını kseroks eləməyə daha ehtiyac qalmır :) Proyektlər də adi şirkətlərdə olan proyektlərlə eyni səviyyədədir. Yəni paralel olaraq tələbə yüksək təcrübə qazanır.

Onu da əlavə edim ki, gözəl kollektivlə birlikdə təhsil alıram (aralarından ermənini çıxmaq şərti ilə :)). Həm də istədiyiniz dil üçün də 6 ay müddətində pulsuz kursda keçə bilərsiniz.

Bunun üçün ailəmin mənə yaratdığı şərait üçün minnetdaram onlarına sayəsində bu universietdəyəm.

 

5. Portuqaliya ve Azərbaycan bu iki dövlətin, mədəniyyətlərin, adət ənənələrin arasında nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansi maraqli məqamlari görmüsən?

Yalnız insanların üz quruluşunda olan oxşarlıqdan başqa heç bir oxşarlıq görmürəm (Azərbaycanlı qızların xarici görünüşü biraz daha gözəldi burdakılardan fərqli olaraq)). Təsəvürünüzə Avropanı gətirin onda fərqi özünüzdə biləcəksiniz. Daha bir fərq həmçinin mənim üçün gülməli olan məqamlardan biri dönərə “kabab” deməklərdir. Əvvəllər gülə-gülə insanlara başa salırdımsa kabab ilə dönərin fərqini indi artıq əsəbimdən başa salmıram lori dillə desək yola verirəm. :D İnsanlarında daha çox meriban və kömək sevər olması bu iki millət arasındakı oxşarlıq kimi qeyd edə bilərəm.

Və gecələr quşlar yatmaması, yol boyu portaqal ağacları, hər yerin bütün fəsillərdə yaşıl olması, çörək əvəzinə restoranda düyü verilməsi, həmişə təmiz havası və sonda qədimi binaların laqondadan istifadə olmadan qorunub saxlanılması məni heyran edən və həmişəlik yaddaşımda saxlayacaq Lissabon.

6. Oxumaq üçün getdiyin ilk zamanlarda hansı cətinlikləri gördün? Mühit, dil, din fərqi sənə necə təsir etdi?

Bircə ilk həftələr ingilis dili ilə əlaqədar çətinliklərim var idi. Sonradan isə öyrəşməyə başladım. Açığı mən bu cür mühitə  özümü əvvəlcədən hazırlamışdım. Bilirdim ki, fərqli bir mühitə nə vaxtsa gedəcəm ona görə elədə çətinliklərim yox idi. Müsəlmanlara biraz qəribə baxmaqları biraz xoşuma gəlmir. Düzdür azərbaycanlılara və türklərə qəribə baxmırlar, Avropanın bir hissəsi hesab edirlər amma yenədə mənim üçün düzgün bir şey deyil bu.

Həmçinin azərbaycanlıların az olması burda potuqallarda və digər xarici ölkələrdən olan tələbələrə Azərbaycana olan simpatiyanı birazda artırır.Ona görə  fikrimcə  azərbaycanlılara daha çox yaxın olmaq istəyirlər. Yani çətinliklər demək olar ki, olmur.

Əsas problemlərdən biri burada Azərbaycan səfirliyin olmamasıdır. Düzdür şikayətlər olmasada istər-istəməz səfrliyin olması bəzi işlərə kömək edə bilərdi. Məsələn; viza problemində.

 

7. Maraqlıdır,  1 ay ərzində nə qədər xərc cıxır? Xarici tələbələr üçün part time iş yeri nə dərəcədə var?

Yuxarıda da qeyd elədiyim kimi iqtisadi böhran sayəsində bəzi xaricdən gələn tələbələrə burada yaşamaq sərf edir. 1 aylıq tələbə xərci  ümümi hardasa 700-1000 euro arası dəyişir. 200-300  euro icarəyə və yaxud yataqxanaya gedirsə həmdə 15 -20 euro təxmini olaraq normal günlük yeməklərə gedir.

Part time haqqında isə demək olar heç maraqlanmamışam. Amma hərdən universitetdən və yaxud başqa şirkətlərdən bu barədə universitətdən mənə ayrılmış email adresimə məlumatlar gəlir. İxtisasıma uyğun olmadığı üçün demək olar heç oxumuram o məktubları.

8.Təhsildən basqa beynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilirsən? Bir Azərbaycanlı tələbə kimi ölkəni xaricdə necə təmsil edirsən?

Məndə ixtisasım texnologiya və yer quruluşu barəsində olduğu üçün bizi burda tez-tez beynəlxalq sərgilərə dəvət edirlər. Bundan əlavə bizim proqramı maliyyələşdirən ESRİ şirkəti hər il “GeoMundus” adlı konfrans keçirdir.Və gələn il bu konfransı təşkilatçılardan biridə mən seçilmişəm.Orada Azərbaycan haqqında  təqdimatlarım olacaq.insallah

Arada burdakı Brazilya və İtalyadan olan dostlarımın məni zarafatla Azərbaycanın Portuqalyadakı diasporası adlandırırlar. J Qarabağın mənim üçün qlobal bir problem olduğunu bildirirəm. Çox insanın Azərbaycan barəsində informasiyası olmaması və bəzilərinin ilk dəfə bu ölkənin adını eşdikləri üçün məndə çalışıram ölkəmiz barəsində daha çox məlumat çatdırım onlara.

Bu yaxınlarda Brazilyadan olan dostumun Orta Asiya, Kavkaz və Azərbaycan haqqında təqdimatı oldu. Bu təqdimatdda mənim 50% köməyim oldusa və verdiyim melumatların hamısı Qarabağ reallıqları və Rusiya Ermənistan birliyi haqqında idi. Təqdimatın auditoriyada maraqla dinləndiyini bildirdi mənə Daniel. Çoxlu insanın bu region(Qarabağ) haqqında heç bir melumatı yoxdur.Normal haldır ki, Azərbaycanı eurovision,futbol və futzoluna görə tanıyırlar.

9. Portuqaliyada təhsili tamamladıqdan sonra nə kimi planların var?Harada yaşamağı və yaxud karyeranı davam etdirməyi planlaşdırırsanmı?

Təhsilimi bitirdikdən sonra burda fikrimdə Avropanın hansısa ölkəsində 1 illik internship tapıb orada təcrübə qazanmaqdır əlbəttə ki, imkanlar çərcivəsində. Bundan sonra isə Azərbaycana qayıtmaq. Fikrimcə Azərbaycanın mənə ehtiyacı var. Nəzərə alsaq ki, ixtisasım üzrə orada 30-40 professional mühəndis var və bunun üçün Avopada qalmağımın mənası yoxdur.

10. Xaricde təhsil almaq istəyən gənclərə nə kimi məsləhətlərin var?

Əsas məsləhət fikirlərinin ciddi olması və bir istiqamət üzrə irəliləmələridir.Yəni məqsədləri olmalı və o məqsədə çatmalarını istərdim. (əlimdə olsa tələb edərdim ) Məqsədlərinə çatdıqda isə hər şeyi gözləmədiyindən artıq əldə edəcəklərini görəcəklər. Albert Eynşteynin gözəl bir sitati var  “Əgər xoşbəxt yaşamaq istəyirsənsə həyatını məqsəd üzərində qur, insan və əşyalara üzərində deyil”.

Digər məsləhət isə hər bir çətinliyə hazır olmaqlarını demək istərdim. Və imkan düşdükcə səyahət etsinlər, bir bilsəniz adamın dünya görünüşünü dəyişməyə necə kömək edir.

11. Son olaraq Oley.az-a sözün?

İlk olaraq müsahibəyə görə sizlərə dərin təşəkkürümü bildirirəm. Sizə gələcəkdə çoxlu-çoxlu uğurlar diləyirəm. Tələbələrin sizlərə ehtiyacı var!

 

ppppppotre ppport potre portuqaliya porte port


Baxılma sayı (7234)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>