Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Çində təhsil alan tələbəmizdən müsahibə. | Oley.az
Çində təhsil alan tələbəmizdən müsahibə.

Çində təhsil alan tələbəmizdən müsahibə.

1.Salam, Ayşən xanım, ilk olaraq sizi tanıyaq. Ayşən Abbasova kimdir və hal-hazırda harada təhsil alırsınız?

Salam. Mən Ayşən Abbasova Fəxrəddin qızı 1993-cü ildə 7 iyul Bakı şəhərinda anadan olmuşam. Hal-hazirda ÇXR Yanzhou universitetində təhsil alıram.

2.Çində ali təhsil almaq marağı sizdə nə vaxt yarandı ve oradakı təhsilin səviyyəsi haqqında necə məlumata sahib oldunuz? Əcnəbi dili öz ölkəmda öyrənmək çox çətin olduğu üçün, xaricda təhsil almaq qərarına gəldim.

 -Əcnəbi dili öz ölkəmda öyrənmək çox çətin olduğu üçün, xaricda təhsil almaq qərarına gəldim.

3.Oxuduğunuz universitet, fakultəniz haqqında oxuyucularımıza ətraflı məlumat verin ki, orada təhsil almaq istəyənlərin və ya seçimində çətinlik çəkənlərin beyinlərində müəyyən forma yaransın.

– Burada təhsil səviyyəsi haqqında məzun olmuş tələbələrdən məlumat aldım.

 

4.Seçimindən nə dərəcədə razısınız və nə kimi üstün cəhətlərini görürsünüz?

-Jiansu vilayətinin Yanzhou şəhərində Yanzhou universitetində təhsil alıram. Bu universitet ÇXR öndə gedən universitetlərindən sayılır. Burada təhsil çox yüksək səviyyədədir. Müəllimlər tələbələrə böyük həvəslə dərs başa saldıqları üçün bu tələbələrin oxumağa marağını daha da artırır.

 

5.Çin və Azərbaycan, bu iki dövlətin, mədəniyyətlərin, adət-ənənələrin arasında nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansı maraqlı məqamları görmüsünüz?

– ÇXR və AR mədəniyyətləri demək olar ki, tam fərqlidir və buda dindən və mentalitetdən irəli gələn bir xususiyyətdir. Maraqlı adətlərindən biri odur ki, onlar insanı görəndə hal-əhval soruşmaq əvəzinə, yemək yemisən deyə sual verirlər. Əgər yemisənsə o deməkdir ki yaxşısan.

 

6.Oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinlikləri gördünüz? Mühit, dil, din fərqi sizə necə təsir etdi?

– İlk zamanlar qarşılaşdığım çətinliklərdən biri qida ilə bağlı idi, və ən əsası isə çörəyin olmamaı idi. Çörəkdən istifadə etmədikləri üçün, hər gün düyü yeməyə məcbur oldum. Mühit, dil, din fərqi mənə çox pis təsir etmişdi, demək olar məndə bir depressiya yaratmışdı.

 

7.Maraqlıdır 1 ay ərzində nə qədər xərc çıxır? Xarici tələbələr üçün part-time iş yeri nə dərəcədə var?

– ÇXR mənə hər ay 170 AZN miqdarında təqaüd verir və buda mənim aylıq xərcimi ödəyir. Part-time iş rejimi az olsada var.

 

8.Təhsildən başqa beynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilirsiniz? Bir azərbaycanlı tələbə kimi ölkəni xaricdə necə təmsil edirsiniz?

-Bəli, beynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilirəm. Bir azərbaycanli olaraq onları öz tariximizlə, adət-ənənələrimizlə, mətbəximizlə tanış edirəm.

 

9.Çində təhsili tamamladıqdan sonra nə kimi planlarınız var? Harada yaşamağı və yaxud karyeranı davam etdirməyi planlaşdırırsınızmı?

Təhsilimi tamamladıqdan sonra təbii ki, öz ölkəmdə yaşamaq və qismət olarsa, ÇXR-ın Azərbaycanda olan səfirliyində işləmək arzusundayam.

 

10.Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi məsləhətləriniz var?

-Xaricdə təhsil almaq istəyən gənclərə məsləhətim odur ki, mütləq məqsədlərinə doğru irəliləsinlər. Əlbətdə onlar çətinliklərlə qarşılaşacaqlar, lakin müəyən bir vaxt keçdikdən sonra onlar bu həyata alışacaqlar və bu həyatdan zövq alacaqlar. Xaricdə təhsil almaq onların dünyaya baxışını dəyişəcək.

 

11.Son olaraq Oley.az-a sözünüz?

-Oley.az , sizə minnətdarlığımı bildirirəm ki, bu cür mövzuya toxunmusunuz. Gəncləri həvəsləndirmək üçün çox müsbət haldır.

1743366_532678376847801_1658308337_n

 

 

 

Baxılma sayı (1332)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*