Bitmiş münasibətdən qopma yolları

Bitmiş münasibətdən qopma yolları

Bitmiş əlaqələrindən qopa bilməyən  və hələ də bir əlaqə içindəymiş kimi yaşayan bir çox qadın / kişi tanıdım.Əlaqənin bitdiyini qəbul edə bilməyən bəziləri böhrana , bəziləri də depresiyaya girmişdi. Bəziləri isə dərin bir kədər və hüsran içində yaşıyorlardı.Yaşam enerjiləri sanki tükənmişdi.Əlaqələrdə ilişib qalma tutumu insanların həyat enerjisini bitirir. Bu kəslər , enerji sahələrini gündən günə murdar edir.Adamın qarşısındakı adamdan , əlaqədən qopa bilməmə səbəbi əksəriyyətlə şüuraltındakı qeydlərlə əlaqədardır.Bu vəziyyətlərdə professional bir kömək almaq lazımdır.Mən sizlərə bu gün məntiq səviyyəsində edilə biləcəklərdən bəhs etmək istəyirəm.

 

1.Çətin gələ bilər amma əlaqənin bitməsini fərdi olaraq qəbul  etməyin

Bunu etdiyiniz an , sizdə də bir problem olduğunu qəbul etmiş olarsınız. Bu da qurban psixologiyasına girmənizə səbəb ola bilər. Halbuki gerçək bu deyil . Bu cür bir qiymətləndirmə vəziyətdən çıxmağınıza köməy edə bilməz. Tam əksi, yaratdığı pis düşüncələr ,yaydığınız enerjini daha da mənfi bir hala gətirər.

 

2. Hörmətinizi qoruyun

Acınızdan qurtulmaq üçün əsla YALVARMAYIN,əsla yalan danışmayın. Köhnə sevgilinizin arxasından qaçmayın . Təqib etməyin , təcavüz etməyin , telefonla axtarıb , mesaj göndərməyin , davamlı onu ictimai paylaşma saytlarından təqib edərək qısqanclıq böhranlarına girməyin.

 

3.Narahat düşüncələrdən imtina edin

Görəsən, indi nə edir , bir sevgili mi tapdı ? kimi , mənasız düşüncələrdən sürətlə uzaqlaşın . Bunlar ağrınızı artırmaqdan başqa bir işə yaramayacaq.

 

4. Vəziyyəti bir faciə olaraq görüb , şişirtməyin !

Əvvəlki əlaqələrinizi düşünün. Heç bitməyəcəyini və bir ömür boyu xoşbəxt olacağınızı zənn edirsiniz. Ancaq hamısı bitdi və baxın bu anda ağlınıza belə gəlmir . O zaman bu ankı əlaqənizi də asanlıqla unuda biləcəyinizi bilin. Təkrar aşiq ola bilər və xoşbəxt ola bilərsiniz.

 

5.Real olun !

Həqiqi düşünün. Bunun üçün belə bir iş edin. Əlaqənin yalnız yaxşı yanlarını deyil , pis yanlarını da düşünüb , bunları tək-tək yazın. Görəcəksiniz ki əlaqədə sizi dibə çəkən bir çox ünsür var. Gerçəkləri görmək işinizi asanlaşdıra bilər.

Bitmiş bir əlaqəyə yapışma səyi , öz tarazlığınızı olduğu qədər , qarşınızdakı insanın tarazlığını da pozur.Bu romantik balanssızlıq həyatla uyumunuzu da acıqlandıracaq da.Həyatınızın bir parçası olmağı rədd edən bir insana , bir əlaqəyə deyil , həyatın bütün gözəlliklərinə diqqət diləyimlə..

Müəllif: A. Nilgün Aktaş
Mənbə: http://www.milliyet.com.tr


Baxılma sayı (970)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>