“Young Business Factory – Vocational Tour at AtaSığorta ASC”

“Young Business Factory – Vocational Tour at AtaSığorta ASC”

Young Business Factory şirkəti növbəti Vocational Tour’u Azərbaycanın öndə gələn sığorta şirkətlərindən olan AtaSığorta ASCə edəcək.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. Şirkət, partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır. Bütün bu standartlara cavab verə bilmək üçün AtaSığorta beynəlxalq sığorta bazarının Lloyds of London, Hannover Re, Chartis/AIG, Russian Re, ACE, Allianz, SCOR, BRIT və digər şirkətlərlə əməkdaşlıq edir.

✔ Şirkət 2005-ci ildə “Moody İnternational” təşkilatı tərəfindən İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı almışdır.

✔ 2007-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüşdür.

✔ Gənclərlə səmərəli iş fəaliyyətinə görə 2010-cu ildə “AtaSığorta” ASC “Gənclərin Dostu” Milli Mükafatına layiq görülmüşdür.

✔ 2012-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə “Uğur 2012” Milli Mükafatına layiq görülmüşdür.

Tur zamanı “AtaSığorta” ASC -nə ekskursiya edəcək, Şirkətlərin fəaliyyət sahələri ilə tanış olacaqsınız.

Keçiriləcək Tarix: 16 Mart,  Saat 16:00

Keçiriləcək yer: Z. Əliyeva küç., 55, Yeni Həyat Plaza

Qeyd: İştirak ödənişsizdir və seçilmiş şəxslərlə əlaqə saxlanılacaq . Seçimlər online qeydiyyat linkində suallara verilən cavablar əsasında gerçəkləşəcək. Layihədə yalnızca 15 nəfər iştirak edə biləcək!

Online olaraq qeydiyyat LİNKİ

 ” Sözsüz ki, həvəskar iş təqdirə layiqdir. Ancaq biz professional fəaliyyətlə məşğuluq. “

971828_526015080801797_1546999200_n

 

Follow us : Young Business Factory Facebook page

Ünvanı: Caspian Plaza III korpus, 12-ci mərtəbə

Məlumat və rezerv üçün əlaqə nömrələri:

Tel: (012) 492 36 67

Mob: (055) 373 50 66

Email: training@ybf.az


Baxılma sayı (987)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>