“Young Business Factory – Professionallar Liqası 5“

“Young Business Factory – Professionallar Liqası 5“

“Bu Liqada  yalnız Professionallar toplandı !” 

7 Professional / 7 Təlim / 7 Sertifikat  !   

İldə 1 dəfə Keçirilən Azərbaycanın Brend Təlim Proqramı ! 

Hər bir insana  ixtisasından asılı olmayaraq, karyerasında uğur qazanmaq üçün  müəyyən bacarıqlara sahib olmağa ehtiyacı var. Yalnız bu bacarıqlardan sonra İnsan istədiyi yüksək karyera pilləsinə addım ata bilər və öz iş karyerasında arzuladığı mövqeyi qazanmağa kifayət qədər təcrübə qazana bilər ! Bunun üçün sizə lazım olacaq 7 ən vacib təlim proqramlarını hazırladıq! 

Təsnifat:

  • Təlimlər həftədə 2 dəfə (şənbə və bazar) 2 saat 30 dəq və 3 saat  olmaqla keçiriləcək.
  • Təlim keçiriləcəyi məkan: Caspian Plaza
  • Daha real Case study, quizlər,video və praktikalardan istifadə olunacaq.
  • Program çərçivəsində real iş prosesində “Problem Solving” praktikaları istifadə olunacaq.
  • Fabrik iştirakçılarına “YBF career center” – dən ödənişsiz dəstək veriləcək.
  • Kursun son günü möhtəşəm Sertifikat mərasimi keçiriləcək və Diplomlar təqdim olunacaq.

Proqramın sonunda Siz:

✔ İş karyeranızda  Manager və Lider olmağı

✔ Özünüz və işləyəcəyiniz komanda üçün düzgün standartların seçilməsini

✔ Motivasiya edib, düzgün idarə etməklə yaxşı nəticələr əldə etməyi

✔ Düzgün komunikasiya qurmağı,bununla iş görüşlərində uğur qazanmağı

✔ Vaxtın düzgün bölüb, düzgün işləri düzgün görməyi

✔ Yaranan problemləri həll etməyi, düzgün qərarı qəbul etməyi

✔ Kompleksləri aradan qaldırıb, özünüzə inamı necə artırmağı

✔ Müsahibədən necə keçməkdən tutmuş, Business Mail yazmağa kimi hər şeyi öyrənəcəksiniz.

 

Mövzu: Finance and Accounting

Müddət: 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

4

İnstructor: Tərlan İsgəndərov

Tərlan bəy bakalavr təhsilini ADİU, magistr MBA təhsilini Qafqaz universitetində aldıqdan sonra İngiltərənin Southampton universitetində Accounting and Management üzrə magistr təhsili almışdır. Təhsil aldığı müddətdə YOM Logistics şirkətində çalışmış və təhsilini bitirdikdən sonra isə ARDNŞdə 2014cü ildən maliyyə analitiki vəzifəsində işləyir. Tərlan bəy Xəzər universitetində Accounting dərsini tədris edir. Həmçinin ACCA üzrə 7 kvalifikasiyanın sahibidir.

Təlimin mövzuları:

  • Mühasibatlığın qərar qəbul etmədə rolu
  • Maliyyə vəziyyətinin ölçülməsi
  • Maliyyə performansının qiymətləndirilməsi
  • Nağd pul axınlarının öyrənilməsi və nəzarət
  • Maliyyə əmsallarının tətbiqi ilə maliyyə hesabatlarının analiz olunması və şərhi
  • Maliyyə əmsalları ilə analizin məhdud tərəfləri
  • Trend analiz
  • Şaquli analiz
  • Üfüqi analiz

 Mövzu: Project Management

Müddət: 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

3

İnstructor: Faiq Məmmədov

Faiq Məmmədov ADİU məzunu, Avropa Birliyinin TEMPUS və TACİS layihələri çərçivəsində Fransa və İngiltərədə, 2009-cu ildə Almaniyanın GİZ təşkilatının Menecerlərin Hazırlığı Proqramları layihəsinin məzunudur. Azərbaycan Mərkəzi Bankında, BMT-nin “Azərbaycanda dayanıqlı enerjinin inkişafına dəstək” layihəsində yerli məsləhətçi, 2007-ci ildə Fransada Bernard Crief Consultants və 2010-cu ildə Almaniyada Energy Competence GmbH şirkətlərində dayanıqlı enerji layihələrinin Azərbaycan layihələri üzrə məsul şəxs qismində çalışmışdır. F. Məmmədov 2014-cü ildən BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Resurslardan Səmərəli İstifadə və Təmiz İstehsal Layihəsi (RECP) üzrə milli ekspertidir. Hazırda “Təmiz Şəhər” ASC-də Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. UNEC Biznes Məktəbində Layihələrin İdarəedilməsi dərsini tədris edir. Digər layihələrlə yanaşı, “Balaxanı Sənaye Parkı” Layihəsi və “İstehsalçının Genişləndirilmiş Məsuliyyəti” layihəsinə məsul şəxsdir.

Təlimin mövzuları:

  • Layihələrin idarəedilməsi üzrə ilkin anlayışlar
  • İdeyanın biznes plana çevrilməsi üçün ilk addımlar
  • Uğurlu biznes planın hazırlanması
  • Biznes planın tərkib elementləri: Nədən başlamalı
  • Layihə büdcəsinin formalaşdırılması və idarəedilməsi
  • Layihələrin keyfiyyətlərinin, müddətinin və dəyərlərinin idarəedilməsi
  • Layihələrin idarəolunmasında SWOT analiz
  • Potensial müştərilərin cəlb edilməsi
  • Layihələrin idarəedilməsi üzrə kreativ texnologiyalar
  • Layihələrin idarəolunmasına praktiki yanaşmalar

Mövzu: Human Resources Management

Müddət: 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

2

İnstructor: Mahir Qarayev

Təlimçi müxtəlif sektorları təmsil edən, Asfarma Beynəlxalq Marketinq Şirkəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Oceaneering İnternational İnc., Azərsun Holdinq kimi təşkilatların əməkdaşı olub, hal-hazırda SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentində işə qəbul üzrə mütəxəssis vəzifəsində çalışır və şirkətdə daxili təlimçi kimi fəaliyyət göstərir. Böyük Britaniyanın Kardif Universitetində İnsan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) MBA proqramında İnsan resurslarının idarə edilməsi sahəsi üzrə fənnləri tədris edir. ADİU-nın Management kafedrasının disertantıdır. Beynəlxalq CIPD təşkilatının Assosativ üzvüdir. 

Təlimin mövzuları:

  • İnsan Resurslarının İdarə Edilməsi (İRİE) nədir və onun təşkilatdakı əhəmiyyəti;
  • İnsan kapitalına İRİE yanaşmasını zəruri edən amillər;
  • İRİE-nin Heyyətin idarə olunmasından fərqli cəhətləri;
  • İRİE sahəsində ixtisaslaşma və sertifikatlaşdırma (CIPD, SHRM);
  • İRİE strateji əhəmiyyəti;
  • İş analizi aparılması və onun nəticələrinin tətbiqi barədə;
  • İşçi qüvvəsinə olan ehtiyacın proqnozlaşdırılması və planlaşdırılması;
  • İşə qəbul prosesi (arzuolunan işəgötürən imicinin formalaşdırılması, cəlb etmə, seçim və yerləşdirmə);
  • Təlim və inkişaf;
  • Motivasiya və əməyin ödənilməsi yanaşmaları;
  • Fəaliyyətin idarə olunması və Davamçıların hazırlanması;
  • Beynəlxalq İRİE-nin çətinlikləri.

Mövzu: Business Law, Contracts, Labor Code

Müddət: 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

1

İnstructor: Altay Mustafayev

Altay bəy hüquq üzrə bakalavr və magistr pillələrini BDUdə aldıqdan sonra Vaşinqton Universitetində Hüquq üzrə master təhsili almışdır. Finca Azərbaycan Hüquq departamenti baş hüquq müşaviri vəzifəsində çalışmışdır. Hal hazırda Baker & McKenzie şirkətinin əməkdaşıdır. Altay bəy Xəzər universitetində dərs demiş, ADA və BDUda dərs deməkdədir. Azərbaycan Vəkillər Cəmiyyətinin üzvü, Azərbaycan Mikromaliyyə Assosasiyasının Hüquq məsləhətçisidir.

Təlimin mövzuları:

  • Biznesə başlama və biznesin aparılmasının hüquqi formaları
  • Fərdi sahibkarlıq yoxsa Hüquqi şəxs?
  • Biznesin vergiyə cəlb olunması məsələləri
  • Biznesin aparılmasında əmək münasibətləri
  • Beynəlxalq biznes münasibətlərinin hüquqi aspektləri

Mövzu: Brand Management 

Müddət 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

Ramil-1

İnstructor: Ramil Cabbarov

Marketinq üzrə mütəxəssis, biznes təlimçi. 9 ildir marketing sahəsində fəaliyyət göstərir. 2010-cu ildən etibarən peşəkar təlimçiliklə məşğuldur. Bolqarıstan, Gürcüstan və Türkiyədə marketinq və reklam sahələri üzrə çalışıb. Azərbaycanda bir sıra şirkət və dövlət qurumlarına koorporativ təlimlər, həmçinin konsultasiyalar verir. “American Marketing Assocation”, “USA Direct Marketing Association” və “USA Business Marketing Association” üzvüdür. Türkiyənin Boğaziçi Universiteti və Sabancı Universitetində ixtisas artırma kursunu fərqlənmə ilə bitirmişdir. The University of British Columbia, The Wharton School of the University of Pennsylvania, Duke University, University of Illinois tərəfindən keçirilən marketinq və biznes üzrə distant kursları yüksək nəticə ilə bitirib. Sakarya Universitetindən pazarlama uzmanlığı, Microsoft şirkətinin “Sertifikatlaşdırılmış İnnovativ Təlimçi” statusunu qazanıb.. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində marketing müəllimi və rektorun köməkçisi vəzifələrində çalışır.

Təlim mövzuları:

  • Brand arxitektura və Strateji brand menecment
  • Brand dəyəri və loyallığı
  • Loqotip və əmtəə nişanı
  • Brandin siması
  • Brandbook nədir və necə yaradılır
  • Korporativ stildə minimum şərtlər
  • Rənglərin xarakteri
  • Şəxsi branding Umbrella branding, CoBranding, Multiple Branding, Brand House
  • International Branding

Mövzu: Organizational Behaviour

Müddət: 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

Tural-da-1024x682

Instructor Tural Məmmədov 

Tural Məmmədov 2013 cü ilin Fevral ayından 2015ci ilə kimi Xəzər Universiteti İqtisadiyyat və Menecment fakultəsində dərs deyib, 2011 ci il iyun ayında SOCAR İnsan Resursları departamentində işə başlayıb. Həmin departamentdə İşə Qəbul şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Hal hazırda isə İR departamentində Təlim və İnkişaf Şöbəsinin müdiri vəzifəsində çalışır. 2009 cu ildə ARPDİA-nı fərqlənmə diploma ilə qurtarıb. İkili diplomla ( MBA və MA ) – 2010 cu ildə ABŞda MBA proqramı, sonra Almaniyada Schmalkalden Universitetində Beynelxalq biznes ve iqtisadiyyat üzrə master təhsili alıb.

Təlim mövzuları:

  • Konfliktləri həll etmə yolları
  • Şirkətdaxili əlaqələr
  • Dəyərlər,davranış qaydaları
  • Job Satisfaction sistemi
  • İşçilərin səməriliyi, effetivliyi
  • Motivasiya Konseptləri

Mövzu: Career Planing, CV,Resume  and İnterview skills 

Müddət: 2 dərs ( 1 dərs – 2 saat 30 dəq. Toplam 5 saat )

Təlim növü: 100% Praktiki

Hazir-Rasim

Instructor Rasim Adjalov

Rasim Adjalov olacaq. Adjalov CİPE (  USA ) və Pasha Bank Alumni Club məzunudur. İndiyə kimi Biznes inkubator layihələrində, Turizm nazirliyinə, İqtisadi inkişaf nazirliyinə biznes planlar təqdim etmişdir. 2011 Respublika Biznes müsabiqəsində, Amerika səfirliyinin layihələrində, USAİD Georgia, Bakı Dövlət Universiteti, Biznes Universiteti, CES, özəl şirkətlərdə təlimçi olmuşdur.  2014 Avropa Sahibkarlıq Çempionatının finalistidir. İndiyə kimi Bakery House, Happy İnn 5 star,  Odis Azerbaijan, Nar mobile, CBS American TV , Dirol Cadbury şirkətlərində çalışmışdır. Adjalov indiyə kimi 800-dən çox tələbənin Business və Career planing  mövzusu üzrə konsultantıdır.

Təlim mövzuları:

  • Özünü Test Etmək / Təşəbbüskar Xarakter testi
  • Karyera Planlaması teknikləri ( Career System )
  • Düzgün Motivasiya yolları
  • Vision, Misson anlayışları
  • CV necə yazmağı öyrənəcəm !
  • CV – də nələrə önəm vermək lazım olduğunu
  • Müsahibədə profesional davranış qaydaları
  • Müsahibədə  yalnış hərəkətlər
  • Özünü İnnovativ təqdimat teknikləri
  • Auditoriya qarşısında təqdimat tekniklər
  • Values, Objectives anlayışları
  • Effektivlik, Səmərəlilik teknikləri
  • Karyerada istdəyiniz zirvəyə necə çatmaq ( System )

Qeyd: Təlimdə yalnız 25 nəfər iştirak edə bilər. Təlimdə iştirak etmək istəyənlər online qeydiyyatdan keçin!

Online olaraq qeydiyyat LİNKİ

Workshop–Təlimlər azərbaycan dilində keçiriləcək.

“YBF – Profesionallar Liqasını 5″  ödənişi sadəcə 200 Azn.

Tələbələr üçün özəl ödəniş sadəcə 170 Azn 

YBF tələbələrinə 150Azn

Hissə-hissə ödəniş mümkündür.


Proqramın başlama tarixi: 18 Fevral 2017

 

” Sözsüz ki, həvəskar iş təqdirə layiqdir. “Ancaq biz professional fəaliyyətlə məşğuluq. “

971828_526015080801797_1546999200_n

Follow us : Young Business Factory Facebook page

Ünvanı: Caspian Plaza III korpus, 12-ci mərtəbə

Məlumat və rezerv üçün əlaqə nömrələri:

Tel: (012) 492 36 67

Mob: (050) 559 49 32

Mob: (055) 373 50 66

Email: info@ybf.az

 

Bizim bəzi Təlimlərdən Foto Albomlar:

Young Business Factory – Presidents’ Meeting 

” Young Business Factory ” Turkey Istanbul Şehir University

“Young Business Factory” Turkey Sabanci University

“Young Business Factory” Turkey Okan University

“Young Business Factory” Manage and Lead 

“Young Busienss Factory” – Systematic Career 

Young Business Factory – “KSM-Dalğası”

Young Business Factory – “Marketing”

 Young Business Factory – “Start to Business”


Baxılma sayı (1655)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>